0
Saturday 21 January 2012 - 08:55

Mübarək 25 yanvarda edam ediləcək

Story Code : 131940
Mübarək 25 yanvarda edam ediləcək
Mübarək 25 yanvarda edam ediləcək
"IslamTimes" "Əd-diyarul-Lobnan" qəzetinə istinadən xəbər verir ki, inqilabçı Misir xalqı cümə günü Qahirənin "Təhrir" meydanında toplanaraq, Hüsnü Mübarəkə edam hökmünün verilməsinin tezləşməsini tələb ediblər.

Misirli etirazçılar tam ciddi şəkildə bildiriblər ki, əgər 25 yanvar tarixinədək devrilmiş Misir diktatoru Hüsnü Mübarəkin edam hökmü verilməsə, xalq özü Mübarəki edam edəcək.

Nümayişçilər həmçinin inqilab zamanı çoxlu sayda şəhidin qanı axıdıldığını xatırladaraq 25 yanvarda şənlik keçirilməyəcəyini bildiriblər.

25 yanvar tarixində milyonlarla Misirli Mübarəkin saxlandığı məntəqəyə doğru hərəkət edəcək ki, diktatorun edam hökmü çıxarılsın.
Comment