Nikola Sarkozi Yaxın Şərq və onun hüdudlarından kənarda “müharibə və xaos”a gətirəcək hərbi müdaxilədən yayınmaq üçün əlindən gələni etməyə çağırıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, bununla yanaşı, Sarkozi İranı nüvə proqramından imtina etdirmək məqsədilə hərbi müdaxilədənsə diplomatik yollara və sanksiyalara üstünlük verilməsini istəyib.
Yanvarın 23-də Avropa İttifaqı İrana qarşı sanksiyaları müzakirə edəcək.
İran embarqo təqdirində neft ixracı üçün mühüm Hörmüz boğazını bağlaya biləcəyini bildirib.
Yanvarın 12-də ABŞ İranla əməkdaşlığa görə 3 beynəlxalq şirkətə qarşı sanksiyalar tətbiq edib. Amma bir çox ölkələr ABŞ-ın son sanksiyalarına məhəl qoymayacağını bildirib.