0
Sunday 22 January 2012 - 21:36

"Costa Concordia"dan yanacaq axmağa başlayıb

Story Code : 132295
"Costa Concordia"dan yanacaq axmağa başlayıb
"Costa Concordia"dan yanacaq axmağa başlayıb
İtaliya sahillərində qəzaya uğramış "Costa Concordia" səyahət gəmisindən yanacaq axdığı məlum olub. Sahil-mühafizə xidmətinin xilasediciləri suyun üzərində nazik yanacaq qatının formalaşdığını görüblər. Ekoloji fəlakətə yol açmaması üçün xilasedicilər yanacaq qatının yayılmasının qarşısını almağa çalışır.

Sahil-mühafizə xidmətinin komandiri Kozimo Nikastro bildirib ki, axan yanacaq dizeldir və gəmidə olan 2200 ton ağır yanacağın sisternlərdən axdığına dair isə heç bir sübut yoxdur.

"Costa Concordia" gəmisinin riflə toqquşması nəticəsində ölənlərin sayı 12-yə çatıb. Axtarış-xilasetmə işləri davam etdirilir. /ans/
Comment