0
Monday 23 January 2012 - 10:30

Yəmən prezidenti hakimiyyəti müxalifətə təhvil verdi

Story Code : 132434
Yəmən prezidenti hakimiyyəti müxalifətə təhvil verdi
Yəmən prezidenti hakimiyyəti müxalifətə təhvil verdi
APA-nın xəbərinə görə, o, yüksək ehtimalla ABŞ-a yollanıb.

Bununla, Ə. A. Saleh hakimiyyətin müxalifətə ötürülməsi ilə bağlı razılaşmanı yerinə yetirib. Bunun əvəzində o, məhkəmə istintaqından və hər cür məsuliyyətdən azad olunub. Amma xalq bu razılaşmanı qəbul etmir. Onlar Salehin axıtdığı qanlara görə mühakimə olunacağını bildirir. 

Diktator Saleh ölkəni tərk etməzdən əvvəl hakimiyyətdə olduğu 34 il ərzində buraxdığı səhvlərə görə xalqından üzr istəyib. O, həmçinin Ümumxalq Konqresi Partiyasının lideri qismində ölkəsinə qayıtmaq niyyətində olduğunu deyib.

Qeyd edək ki, Ə. A. Saleh bir qədər əvvəl verdiyi açıqlamasında müalicə üçün ABŞ-a getmək niyyətində olduğunu bildirmişdi.

Xatırladaq ki, Saleh rejiminə qarşı kütləvi etiraz aksiyaları 2011-ci ilin yanvarında başlayıb.
Comment