0
Wednesday 25 January 2012 - 00:46

"Avropanın İrana qarşı sanksiyalarının heç bir təsiri yoxdur"

Story Code : 132863
Avropa - İran - sanksiya
Avropa - İran - sanksiya
«Platts» Dünya Xammal Bazarının nüfuzlu eksperti Xorxe Montepeke «Rossiya 24» telekanalına müsahibə verərək cari ildə neft təchizatı ilə bağlı müqavilələrdə dəyişiklik olmayacağını bildirib.

«Həmişə olduğu kimi, xırdalıqlara fikir vermək lazımdır. Əlbəttə, Avropa sanksiyaları dəstəkləyib. Ancaq reallıq budur ki, heç bir dövlət yanvar ayında neft təchizatı üzrə uzunmüddətli müqavilə imzalamır», - deyən Montepeke bunun adətən oktayabr ayına kimi edildiyini deyib: «Bu səbəbdən artıq 2012-ci il üçün neft təchizatı ilə əlaqədar bir çox sazişlər imzalanıb və sanksiyalar buna heç bir təsir etməyəcək».

Ekspert həmçinin sənədin dəqiq xülaləsini diqqətə çatdırır: «AB dövlətləri öz rəsmi məlumatlarında belə yazıblar: «Sanksiyalar iyun ayında qüvvəyə minəcək, ancaq may ayında AB bu məsəlyə yenidən qayıdacaq». Yəni biz sanksiyalar veririk, ancaq onlar qüvvəyə minənə kimi bir də baxışdan keçəcək. Bazarda olan insanlar da bu qərarların heç bir dəyəri olmadığını anladılar».

Montepeke daha bir detalı vurğulayıb: «İran neftinin bir çox təchizatı əvvəllər verilmiş kreditlərin ödənilməsinə gedir. Məsələn, İtaliya neftin əsas hissəsini bu sxemlə alır. Hesab edirəm ki, sanksiyalar qüvvəyə minəndən sonra da bu təchizatlar davam edəcək».


Comment