0
Wednesday 1 February 2012 - 23:41

Avropanın qazı kəsilir

Story Code : 134837
Avropanın qazı kəsilir
Avropanın qazı kəsilir
Rusiyanın "Qazprom" şirkəti soyuqlarla bağlı daxili bazarda artan ehtiyacı ödəmək üçün xaricə qaz təchizatını azaldıb.

Milli.Az BBC-yə istinadən bildirir ki, İtaliyaya qaz ixracı 8 faiz ixtisar olunacaq.
Yamal-Avropa qaz ixrac kəməri ilə göndərilən yanacaq həcmləri 10 faiz azaldılmalıdır.

Bu məlumatı İtaliyanın iqtisadi inkişaf nazirliyi də təsdiq edir. 

Qış mövsümündə təchizatın müvəqqəti azaldılması ehtimalı "Qazprom"un sazişlərində əks olunub. 

Lakin buna baxmayaraq, bu kimi xəbər 2009-cu ildə Rusiya ilə Ukraynanın qaz mübahisəsi nəticəsində əziyyət çəkən avropalı istehlakçılar tərəfindən narahatlıqla qarşılanır.

Comment