0
Thursday 2 February 2012 - 00:53

Həqiqətlər Qərbin günü-gündən zəiflədiyini sübut edir

Story Code : 134870
Həqiqətlər Qərbin günü-gündən zəiflədiyini sübut edir
Həqiqətlər Qərbin günü-gündən zəiflədiyini sübut edir
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Üzma Xamenei dünən (31 yanvar) Fələstin İslamı cihad hərəkatının baş katibi Ramazan Abdullah və onu müşaiət edən heyətlə görüşdə ötən bir il ərzindəki İslamı Oyanış prosesi ilə əlaqədar mövcud həqiqətləri Qərbin günü-gündən artan zəifliyi və Islam dünyasındakı real həqiqət adlandıraraq belə vurğulayıblar: Əgər müxtəlif ölkələrdəki İslamı ümmət, mücahidət və müqavimət üzrə öhdəlikləri ilə Allah Taalaya dayaqlanarsa, mütləq ilahi zəfər vədi reallaşacaq. Beləki ötən bir ildə bu məsələnin şahidiyik.

İslam İnqilabının Böyük Rəhbəri Suriyanın vəziyyəti haqda belə vurğulayıblar: Suriya haqda əgər ətraflı formada bu ölkə dəyişikliklərinə diqqət edilərsə, Amerikanın Suriyaya qarşı planı tam şəkildə bəllidir. Təəssüflər olsun ki, bəzi xarici və region ölkələri də Amerikanın bu planında iştirak edir.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə vurğulayıblar: Amerikanın Suriyaya qarşı planının əsas məqsədi, regionda müqavimət xətinə zərbə vurmaqdır. Çünki Suriya, Fələstin müqaviməti və Livanın İslamı müqavimətini himayə edir.

Həzrət Ayətullah Üzma Xamenei sonra belə vurğulayıblar: Amerikanlar və bəzi digər Qərb ölkələri özlərinin regionda o cümlədən Misir və Tunisdəki son məğlubiyyətlərinin intiqamını Suriyada almaq istəyirlər.

Həzrət Ayətullah Üzma Xamenei sonra belə vurğulayıblar: İİR-nin Suriya haqdakı mövqeyi bu ölkə xalqının xeyrinə olan hər cur islahatları himayə etmək habelə Amerika və ona tabe olan ölkələrin Suriyanın daxili məsələlərinə müdaxilələri ilə müxalifət etməkdir.

İslam İnqilabının Böyük Rəhbəri Fələstin İslamı cihad hərəkatının üzvlərinin, İranda gözə çarpacaq elmi nailiyyətlər və inkişafların baş verməsi haqdakı sözlərinə işarə edərək belə vurğulayıblar: İrandakı elmi hərəkətlər çox genişdir və bütün elmi və texnologiya sahələrindədir. Bəzi hallarda İrandakı elmi inkişaflar bir çoxları üçün təsəvvür edilməzdir.
Source : irib
Comment