0
Wednesday 21 October 2009 - 09:06

ERMƏNİLƏR BEŞ İSTİQAMƏTDƏ ATƏŞKƏSİ POZUB

Story Code : 13531
ERMƏNİLƏR BEŞ İSTİQAMƏTDƏ ATƏŞKƏSİ POZUB
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 19-da və 20-də bir neçə istiqamətdə atəşkəsi pozub. Erməni ordusu saat 10.40-dan 10.50-dək və 11.30-dan 11.40-dək Ermənistanın Noyenberyan rayonunun Voskepar və Azatamurt kəndləri yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Cəfərli kəndlərindəki mövqelərimizi, saat 11.30-dan 11.40-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndindəki mövqelərimizi, eləcədə saat 15.20-dən 15.55-dək Goranboy rayonun Gülüstan kəndi, saat 14.50-dən 15.20-dək, oktyabrın 20-də saat 00.00-dan 00.20-dək, 03.30-dan 03.55-dək Füzuli rayonunun Horadiz, Aşagı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə, saat 21.50-dən 22.00-dək və oktyabrın 20-də 00.10-dan 00.25-dək Ağdam rayonunun Şıxlar və Cəvahirli kəndləri, saat 03.50-dən 04.10-dək isə Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.
Source : anspress.com
Comment