0
Friday 24 February 2012 - 21:43

İrana qarşı sanksiyalar təsirsizdir

Story Code : 140506
İrana qarşı sanksiyalar təsirsizdir
İrana qarşı sanksiyalar təsirsizdir
ABŞ-ın İsraildəki səfiri İrana qarşı sanksiyalara münasibət bildirib. Səfir Daniel Şapiro qeyd edib ki, sanksiyaların heç bir təsiri olmayacaq. Səfir ABŞ və İsrail başçılarının bu sanksiyalara əbəs yerə ümid etdiyini dilə gətirib.

Amerikalı diplomat öz bəyanatında növbəti dəfə hədə ilə danışıb və “bütün variantlar stolun üstündədir” sözünü təkrarlayıb. ABŞ-ın Tel-Əvivdəki nümayəndəsi İranın ötən üç onillikdə sanksiyalar şəraitində inkişaf etdiyini dilə gətirib. Şapiro İranın nüvə texnologiyasını gücləndirdiyini, uranı 20% zənginləşdirdiyini öz sözlərini sübut göstərib.

İran İslam Respublikasının prezidenti dünyanın imperialist qüvvələri və işğalçı sionist rejimin “bütün variantlar mizin üstündədir” hədəsinə son çıxışında da münasibət bildirib. On gün öncə yeni nüvə texnologiyasının təqdimat mərasimində Əhmədinejad deyib: “Onlar bu sözləri hər gün təkrarlayırlar. Onların bütün variantları o qədər mizin üstündə qalacaq ki, özləri və düşüncələri çürüyəcək.”
Comment