Azərbaycanın Mübariz İbrahimovu və onun simasında bu gün sinəsini düşmən gülləsinə sipər etmiş minlərlə oğlu var. Şəhadətə hazır olan döyüş meydanının qazisidir. Necə ki İmam Hüseyn (ə) cismən qətlə yetirildi, amma tarixin səhiflərinə qızıl hərflərlə “Zilləti qəbul etmərəm!” sözlərini yazdı. Bugünkü məğlubiyyət, Azərbaycan torpaqlarının işğal altında qalması bu xalqın şənində deyil. Bu xalq qəhrəmanlığa, qaziliyə layiqdir və tez-gec layiq olduğu məqama yüksələcək. Allah Böyükdür, ona sığınan insanlar azğın nəfs və təcavüzkar düşmən üzərində qalibdir. Qələbə gününün intizarında!