0
Sunday 4 March 2012 - 09:36

Y. Abramovdan qubalılara növbəti təhqir

Story Code : 142739
Abramov - quba
Abramov - quba
Y. Abramovdan qubalılara növbəti təhqir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən 1 mart “Quba Üsyanı” günü şəhərdə vəziyyət olduqca gərgin idi. Havanın soyuqluğuna baxmayan Qubalılar sulu qarı yağa-yağa küçələrə çıxaraq təhqir olunmuş heysiyyatlarını bərpa etmək istəyirdilər. “İstefa”, “Azadlıq” şuarları altında əliyevlər rejiminə olan nifrətini artıq hər qubalı dilə gətirə-gətirə sanki tonqal tək alovlanırdı.

Belə bir durumda hakim Yeni Azərbaycan Partiyasını təmsil edən yəhudi deputatı Yevda Abramov açıqlamasında “Rauf Həbibov qubalıları heysiyyətinə toxunan sözlər işlətmişdi. Onun həmin çıxışını mən də pisləyirəm. Amma insandır da, emosional çıxış edib” –deməsi nə anlamı verir?

Abramovun “Amma insandır da, emosional çıxış edib”- deməsi məgər o deməy deyilmidir ki, “Ey Quba camaatı! Bir az dözümlü olun! Burda nə var ki, Rauf müəllim sadəcə sizin namusunuzu ləkələyən bir söz deyibdə...”

Daha sonra Yevda Abramovun sözlərinə görə, mətbuatın indi xəbər tutduğu çıxışı icra başçısı Rauf Həbibov bir ay əvvəl edib. “İş artıq köhnəlib və aradan gedib. İndi mətbuat bundan və sensasiya yaratmaq istəyir. Məsələni şişirtməyə ehtiyac yoxdur” deməsi Rauf Həbibov mənfur çıxışından da təhqiramizdir. /abna.ir/
Comment