0
Tuesday 6 March 2012 - 12:58

Obama yenidən prezident olmaq üçün dəridən qabiqdan çıxır

Story Code : 143382
Obama - prezident
Obama - prezident
ABŞ prezidenti Barak Obama və Vaşinqtona səfər edən İsrailin baş naziri Binyamin Netanyahu Ağ Evdəki görüşdən əvvəl birgə mətbuat konfransl keçiriblər.
FaktXeber.com-un verdiyi məlumata görə, Netanyahunun səfərinin kritik bir zamanda baş tutduğuna işarə vuran Obama, Orta Şərq və Şimal Afrikada əhəmiyyətli dəyişiklərin meydana gəldiyini söyləyib. Obama, Suriyadakı hadisələrə, Misirdə demokratik dəyişiklərin davam etdiyinə toxunaraq, ''bütün bunların ortasında, İsraildə bir demokratiya adası, ən böyük müttəfiqlərimizdən biri var'', - deyib.

Obama, ABŞ ilə İsrail arasındakı əlaqələrin ''sarsılmaz'', ölkəsinin İsrailin təhlükəsizliyinə olan əlaqələrinin isə ''çox möhkəm'' olduğunu vurğulayaraq, ''İsrailin təhlükəsizliyi ortada olduqda, ABŞ İsrailin hər vaxt arxasında olacaq'', - deyib.
Prezident Obama, aralarındakı bu əlaqələrin yalnız qarşılıqlı təhlükəsizlik mənfəətləri və iqtisadi mənfəətlərlə məhdudlaşmadığını, eyni zamanda ortaq dəyərlərə və sahib olduqları xalqlararası fövqəladə qarşılıqlı dostluğa söykəndiyini söyləyib.

Qeyd edək ki, Binyamin Netanyahu ABŞ-dakı ən əhəmiyyətli yəhudi lobbisi olan Amerika-İsrail Xalqları Əlaqələr Komitəsinin (AIPAC) illik konfransında çıxış edib. Həmçinin Barak Obama da sözügedən komitədə çıxış edərək daim İsrailə dəstək verəcəklərini açıqlayıb.
Xatırladaq ki, ABŞ-da prezident seçkilərindən öncə bütün namizədlər bir qayda olaraq AİPAC-da görüşlər keçirirlər. Kim daha çox təminat verərsə, onun da prezident seçilmək şansı daha çox olur. /FaktXeber/
Comment