0
Wednesday 7 March 2012 - 12:16

Qubada yeni aksiya cəhdi

Story Code : 143675
Quba - aksiya
Quba - aksiya
Bu gün səhər saatlarında təxminən 20 nəfər Quba sakini rayonun icra hakimiyyətinin binası qarşısına toplaşıblar. Bu barədə "Yeni Müsavat" qəzetinin Qubaya ezam olunmuş reportyoru Fərahim İlqaroğlu məlumat verib.

Reportyorumuzun sözlərinə görə, İH binasının önünə yığışanlar 1 mart hadisələrinə görə həbs olunan Quba sakinlərinin azadliga buraxilmasını tələb ediblər. Polis aksiya keçirməyə cəhd gösətərənlərin nümayəndələrini - iki ağsaqqalı İH-ə buraxaraq, yerdə qalan adamları qovub-dağıdıb.

Əməkdaşımızın veridiyi xəbərə görə, Qubada bütün hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində işləyirlər. /HaqqYolu/
Comment