0
Thursday 8 March 2012 - 13:22

ABŞ Rusiyanı ram etməyə çalışır

Story Code : 143956
ABŞ Rusiyanı ram etməyə çalışır
ABŞ Rusiyanı ram etməyə çalışır
"IslamTimes" "Novosti"-yə istinadən xəbər verir ki, ABŞ xarici işlər naziri Hillari Klinton ötən gün Polşa xarici işlər naziri ilə görüşdən sonra deyib: "Amerika hələ də Rusiyadan NATO-nun RƏM sistemləri ilə bağlı həmkarlıq edəcəyini gözləyir. Amma Rusiya həmkarlıq etməyəcəyi təqdirdə də bu plan dayandırılmayacaq."

ABŞ xarici işlər naziri iddia edib ki, Amerika Vaşinqton və Moskvanın müştərək təhidlərinə qarşı olan NATO-nun RƏM sistemi ilə bağlı Rusiya ilə müzakirə aparmaq niyyətindədir.

İki gün öncə NATO-nun baş katibi Andres Fog Rasmussen isə bildirib ki, bu günədək Rusiya ilə RƏM sistemi ilə bağlı aparılan danışıqlarda heç bir irəliləyiş olmayıb.

Rusiya xəbərdarlıq edib ki, ABŞ Avropada RƏM sistemləri quraşdırmasına start verəcəyi təqdirdə rəsmi Moskva da uyğun addımlar atmaq məcburiyyətində qalacaq.
Related Stories
Comment