0
Friday 9 March 2012 - 13:20

Qərb informasiya agentlikləri rəhbər Ayətullah Xameneinin bəyanatını təhrif edib

Story Code : 144136
ABŞ - İran
ABŞ - İran
Son günlər dünya mətbuatında Böyük Rəhbər Ayətullah Xameneinin Obama ilə bağlı bəyanatı haqqında xəbərlər yayılmaqdadır. Bu xəbərlərə əsasən, Cənab Rəhbər Obamanın haqqında xoş sözlər işlədib. Əslində isə belə deyil. Rəhbər buyurub ki, Obama İrana qarşı sanksiyaları davam etdirməklə illüziyalara qapılır. Qərb mətbuatı bu bəyanatı elə bir formada təqdim edib ki, guya rəhbər Obamanın mövqeyini dəstəkləyir. CBS informasiya agentliyi rəhbərin sözlərini
manşetə çıxarıb. Belə çıxır ki, Ayətullah Xamenei Obamanın son mövqeyini fürsət hesab edir və yüksək dəyərləndirir. “Əl-Ərəbiyyə” şəbəkəsi də mövzuya eyni formada yanaşıb və İran rəhbərinin Obamanın sözlərini dəstəklədiyini bildirib.

San Fransisko Kronikel iddia edir ki, İran İslam Respublikasının rəhbəri Obamanın sözlərini müsbət dəyərləndirib. “Daily Telegraph” bir az da qabağa gedərək rəhbərin Obamanın sözlərinə heyran
qaldığını yazıb.

Bəs həqiqət necədir? Cənab Rəhbər buyurub: “Bu yaxşı sözdür, illüziyadan uzaqlaşmanı göstərir. Amma ABŞ prezidenti sözünün davamında bildirib ki, sanksiyalarla İran xalqını dizə çökürəcəyik. Bu göstərir ki, illüziyalar davam edir.”

Cənab Rəhbər buyurub: “Bu illüziyaların davamı ABŞ rəhbərliyinə zərbə olacaq. Onların hesabatları uğursuzluğa məhkumdur. İrana qarşı cəbhə, xüsusi ilə ABŞ 33 ildir
İrana qarşı sanksiyaları gücləndirir. Bu il xalqı hakimiyyətdən uzaqlaşdırmaqda qərarlı idilər. Amma 12 isfənddə parlament seçkiləri günü xalqın hakimiyyətə nə qədər bağlı olduğunu gördülər.”

Cənab rəhbərin bu bəyanatını Obama ilə həmfikirlik kimi təqdim etmək şeytənətdən başqa bir şey deyil. Rəhbər Obamanın çıxışındakı müsbət və mənfi yönləri yanaşı qoyaraq mövqe sərgiləyib. Bu Obamanı dəstəkləmək demək deyil. Qərb mətbuatı
Rəhbərin bəyanatındakı mənfi münasibəti ixtisar edərək, yalnız ikinci hissəni işıqlandırıb.

Sionist Yediot Ahranot qəzeti yazır ki, Ayətullah Xamenei Obamanın İrana hücum planına qarşı çıxmasını dəstəkləyib. Qlobal Post qəribə bir manşetlə çap olunub. Qəzet yazır ki, İran rəhbəri Obamanın sözlərinə heyran qalıb. Fransa mətbuatı da eyni təxribatçı xəbəri yayıb.

Qərb mətbuatında Rəhbərin bəyanatının bu şəkildə təhrif olunması göstərir ki, İranın
5+1 ilə müzakirələri ərəfəsində ictimai fikir formalaşdırılır: Guya İran Qərbin Tehranın nüvə proqramına qarşı mövqeyi ilə razılaşır.

Hansı ki, İran heç bir halda öz nüvə proqramından geri çəkilməyəcəyini bildirib. Obama 2012-ci ilin əvvəllərində bir mətbuat konfransında İrana qarşı diplomatik müzakirələri həll yolu saysa da bu dəfə yenə sərt sanksiyalar üzərində dayanıb.

"IslamTimes" - Tərcümə Şöbəsi
Comment