0
Saturday 10 March 2012 - 11:12

Bəhreyn xalqı yüzminlərin aksiyasına start verdi

Story Code : 144366
Bəhreyn - Aksiya
Bəhreyn - Aksiya
Mehr agentliyinin verdiyi məlumata görə, ərəb kanalları bildirib ki, yüzminlərlə insan öz qanuni tələblərinin yerinə yetirilməsi üçün davamlı şəkildə dinc kütləvi aksiyalara start veriblər. Bəhreyn xalqı Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrindən gələn işğalçı qüvvələrin dərhal Bəhreyn ərazisini tərk etmələrini təkidlə tələb edir.

Bəzi mənbələr, bildirir ki, ölkənin 700 min yerli əhalisinin 500 mini bu aksiyalara qoşulub. Ali-Xəlifə müxalifləri təkidlə bildirir ki, hələ Bəhreyndə böyük bir xalq üsyanı qalır və bu aksiyalar, dinc etirazlar bütün repressiv tədbirlərə rəğmən davam edəcək.

Xatırladaq ki, ötən il Bəhreyndə ümumxalq etirazlarından sonra Ali-Xəlifə rejimi Səudiyyə və digər Fars Körfəzi ölkələrindən üsyanın yatırılması üçün kömək istəmişdi. Məhz onların müdaxiləsindən sonra "İnci" meydanında silahsız dinc aksiya keçirən xalqa divan tutulmuşdu. Hazırda da həmin təhlükəsizlik qüvvələri Bəhreyn ərazisində qalmaqdadır. /Deyerler/
Comment