0
1
comments
Sunday 11 March 2012 - 21:41

İranda insan haqqlarına bir baxış

Story Code : 144463
İranda insan haqqlarına bir baxış
İranda insan haqqlarına bir baxış
2011-ci ilin mart ayından İnsan Haqqları Şurası İranda insan haqqları ilə bağlı hesabat hazırlanması üçün qərar çıxardı. 2012-ci il mart ayında Əhməd Şəhid mövzu ilə bağlı hesabatı təqdim etdi. Hesabat Qərb dövlətlərinin İrana qarşı növbəti qərəzli oyunu idi. Bu hesabatda ssenari müəllifi Amerika və bir neçə Qərb dövlətidir. Hesabat bu dövlətlərin İrana münasibəti əsasında tərtib olunmuşdur. Əhməd Şəhidin İranla bağlı hesabatını dəqiq dəyərləndirmək üçün ona xülasə bir nəzər salmalıyıq. Yalnız bu yolla onun mahiyyətini anlamaq olar.

Səs-küylü hesabat mövzusu 2011-ci il 24 mart tarixinə təsadüf edir. Həmin vaxt BMT-nin Bəşər Hüquqları Şurası qətnamə qəbul edərək belə bir hesabatın hazırlanmasını göstəriş verdi. Maraqlıdır ki, bu qətnaməyə şuranın 47 üzvündən 22-si səs verib. ABŞ lobbisinin buradakı
fəaliyyəti inkarolunmazdır. Qətnamənin layihəsini Amerikalılar hazırlayıb. Hətta mətbuat açıq yazıb ki, qətnamə Obama çevrəsində hazırlanıb. Bu qərəzli oyunda bir neçə maraqlı nöqtə var. Əvvəla, məruzəçinin təyinində siyasi məqsədlər rol oynayıb, heç bir hüquqi əsasa istinad edilməyib. İkincisi, qətnaməni zəruri edən heç bir şərt ortaya qoyulmayıb. Üçüncüsü, İran BMT qrumları ilə yaxından həmkarlıq etdiyi bir halda belə bir hesabatın hazırlanmasına qərar verilməsi qeyri-adi görünür.

Hesabatla bağlı ikinci addım 2011-ci il, 17 iyun tarixində atıldı. Heç bir qanuni əsas olmadan Əhməd Şəhid məruzəçi təyin olundu. Məruzəçinin əsas vəzifəsi amerikalılar tərəfindən öncədən müəyyənləşdirilmişdi. Tanınmış Respublikaçı senator Mark Krek ABŞ televiziyasına müsahibəsində deyir: “İranda insan haqqları
ilə bağlı məruzəçi Amerika xarici siyasət məsulları ilə rabitədədir və İran müxaliflərinin mövqeyi əsas götürüləcək.”

Aydın görünür ki, Əhməd Şəhid ABŞ siyasətçiləri tərəfindən seçilmiş bir şəxsdir. Maldiv kimi kiçik bir ölkədən olan Əhməd Şəhid beynəlxalq hüquq mükafatları alır, şəxsiyyət olaraq tanıtdırılır. Sual olunur ki, Qərbə bağlı bir adam bu işdə bitərəf ola bilərmi?! Qərəzli oyunda üçüncü addım 2011-ci ilin avqust ayında atıldı. Əhməd Şəhid hesabatı hazırlamağa başladı. O xüsusi tapşırıq almışdı və İranın əleyhinə təsirli bir hesabat hazırlamalı idi. Əhməd Şəhid ona verilən tapşırıqları son dəqiqliklə yerinə yetirirdi. O qısa bir müddətdə İran əleyhinə hesabatı hazırladı və 23 sentyabrda BMT-nin ümumi məclisinə təqdim etdi. Hesabat 15 oktyabrda nəşr olundu.

Əhməd Şəhidin ilk
hesabatı olan bu sənəd 21 səhifə, 78 bənddən ibarətdir. Hesabatda bütün iddialar dəlil göstərilmədən yer alır. Son bənddə etiraf olunur ki, hesabat mülahizələr əsasında hazırlanıb.

Qərəzli oyunun dördüncü addımı Əhməd Şəhidin ikinci hesabatı oldu. Bu hesabat əvvəlkindən fərqlənirdimi? Yanvar ayında təqdim olunmuş hesabat 36 səhifədən ibarət idi. Bu hesabat əvvəlkindən formaca fərqlənmirdi. Zərrəcə şübhə doğurmayan budur ki, bu hesabatda da əvvəlki qərəzli mövqe təkrarlanırdı. Hesabat İslam İnqilabına, İran xalqına yönəlmişdi. Görünür məruzəçiyə bundan geniş meydan verilməyibmiş.

Əhməd Şəhidin ikinci nöqsanı bu idi ki, öz hesabatında mülahizələrə hesablanır, heç bir dəlil-sübut göstərmirdi.

Təəccüblü deyil ki, məruzəçi hesabatındakı müddəaların sübutu üçün Belçika, Almaniya
və Fransaya səfərə çıxdığını bildirir. Bu bir əyləncə səfəri olub, yoxsa rəsmi səfər?

Əhməd Şərifin ikinci hesabatının əvvəlkindən fərqi onun bir neçə səhifə artıq olmasıdır. Bütün hesabatda siyasi qərəz duyulmaqdadır.

Hesabatın əsas mövzularından biri İranda 2 il öncəki seçkilərdir. Əhməd Şəhid heç bir sübut göstərmədən seçkilərin düzgünlüyünü şübhə altına alır. Hətta qeyd olunur ki, seçkilərlə bağlı məlumatı adının çəkilməsini istəməyən məclis üzvü verib. Hesabatda Brüsselə sığınmış Rəcəbəli Məzruinin ittihamları yer alır. Hesabatda İran həbsxanaları, siyasi məhbuslar, cəza sistemi hədəfə alınır. Amma Qərblilər Əhməd Şəhidin hesabatını aşağı səviyyəli hesabat da saya bilər. Regionda İslami Oyanış yaşandığı bir dövrdə, İrana qarşı ittihamlar hər an artdığı bir zaman bu hesabat
yetərsiz sayıla bilər.

Son hesabatda iki mövzuya daha çox yer verilib. Məhz bu məsələ hesabatın hüquqi yox, sifarişli olduğunu göstərir. İki il əvvəlki seçkilərdə saxtakarlığı dönə-dönə dilə gətirən məruzəçi nə üçün 12 isfənd günü İran xalqının əzəmətli hüzurunu görməməzliyə vurur. Rəhbərin buyurduğu kimi bu seçkilər İnqilab düşmənlərinə ağır bir sillə oldu. Demək məqsəd ictimai fikiri yayındırmaqdır. Hesabatın özü əslində insan haqqlarına qarşı yönəlmiş bir təxribatdır. İranın regionda nümunə bir ölkə olaraq nüfuz qazanması Əhməd Şəhid və onun ağalarını narahat edir.

Son seçkilərdən sonra Əhməd Şəhidin hesabatı öz mahiyyətini daha da itirir və məruzəçi öz əsassız hesabatı ilə oyundan kənar vəziyyətdə qalmış olur.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment


Kuwait
Allah en gözel olani bīlir