0
Monday 12 March 2012 - 18:13
Ayətullah Amili:

Qarabağ Azadlıq Ordusunun önündə getməyə hazıram!

Story Code : 145119
Qarabağ Azadlıq Ordusunun önündə getməyə hazıram!
Qarabağ Azadlıq Ordusunun önündə getməyə hazıram!
Alimi xalqdan ayırmaq hökumətin xalqa etdiyi ən böyük zülmdür və bu gün Azərbaycanda bu baş verib. Məscidlərdə fəaliyyət göstərmək və dini təlimlərlə məşğul olmaq din alimlərinə qadağan edilib.AranNews – Martın 10-da Təbrizin “Miyanə” məscidində məğrib və işa namazlarından sonra keçiriliən Azərbaycan Respublikası islamçılarının xatirəsinə həsr edilmiş “Şəriət məhkumları” toplantısında Ərdəbilin imam cüməsi Ayətullah Amili açıqladı: “İran İslam İnqilabı beynəlxalq münasibətləri yeni mərhələyə daxil etdi və bu mərhələdə ABŞ və sionistlərin qeyri-qanuni maraqları problemlə üzləşdi. Ona görə də onlar var gücləri ilə inqilab təfəkkürünün hərəkəti yolunda manelər yaratmağa çalışdılar, İran və İslam İnqilabını fikri və fiziki mühasirəyə aldılar. Bu supergüclərin İraq, Əfqanistan, Orta Asiya və Fars Körfəzi kimi ölkələrdə hüzurunun səbəbi də bu məqsədlədir”.

Ayətullah Amili davam etdi: “SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikası İranın qonşularından birinə çevrildi və İİR ilə məzhəbi ortaqlıqları olduğu üçün ABŞ və sionistlərin diqqət mərkəzinə çevrildi. Bu ölkə rəhbərləri də İslam inqilabının mənəvi nüfuzundan qorxduqları üçün onlara qoşuldular”.

Ərdəbilin imam cüməsi vurğuladı: “Azərbaycan Respublikasının müstəqillik qazanmasının ilk çağlarından iki paralel siyasət: anti-İran və anti-İslam bu ölkədə formalaşdı və bu iki kataqoriyanın hər biri üçün müxtəlif ssenarilər planlaşdırıldı. İslam İnqilabı düşmənlərinin AR-da səyləri İranı azərilərin zehnində mənfur etməyə yönəldi. Bunun üçün Qarabağ münaqişəsini uyğun və müvafiq vasitə gördülər. Azərbaycanın bəzi generalları Azərbaycanın Ermənistana məğlub olması üçün şərait yaratdılar və Qarabağı bu ölkənin siyasilərinin sifarişi ilə ermənilərə təqdim etdilər. Sonra isə İranı əsas müqəssir kimi tanıtmağa çalışdılar. Halbuki, İran Qarabağ müharibəsində Azərbaycana heç bir köməyini əsirgəməmişdir. İran 70 mindən çox azərbaycanlıya sığınacaq verdi, Azərbaycana kömək edən İran zabitləri hətta Heydər Əliyevin qarşısında paraddan keçdilər. Bu paradların video görüntüləri mövcuddur və Bakı bunu inkar edə bilməz”.

Ayətullah Amili davam etdi: “O qədər ki, Azərbaycanın qeyrətli gənclərini tanıyıram, əgər elə bu gün Bakı dövləti icazə versə, Azərbaycan Respublikasının bu gənclərinin Qarabağı geri almaq gücləri vardır. Amma yazıqlar olsun ki, AR-nın siyasəti Qarabağı azad etməmək və ondan İran əleyhinə bir vasitə kimi istifadə etməkdir”.

Ərdəbilin imam cüməsi bəzi azəri ekspertlərin açıqlamalarına işarə edərək dedi: “Son vaxtlarda Azərbaycan ekspertlərindən olan Zərdüşt Əlizadə ermənilərə xitab edərək deyib: Arxayın olun, nə qədər ki, Azərbaycanda bu hökumət iş başındadır, Qarabağı sizdən almayacaq”.

Ayətullah Amili artırdı: “Hamı bilir ki, Türkiyə, Rusiya və ABŞ-ın Ermənistanla real münasibətləri İranın Ermənistanla olan əlaqələrindən qat-qat üstündür. Amma Bakı dövləti İran-Ermənstan əlaqələrini qabardır və İranı Qarabağ müharibəsində öz uğursuzluğunun əsas səbəbi kimi göstərməyə çalışır. Halbuki, ABŞ hətta birbaşa olaraq Qondarma Dağlıq Qarabağ dövlətinə kömək edir. Əlbəttə, Azərbaycanın özünün də ermənilərlə geniş əlaqələri vardır, həta onların benzinini də təmin edirlər”.

Qum Elm Dairəsinin ustadı Azərbaycan Respublikasının müstəqilliyinin əvvəllərindəki hadisələrin gedişinə, Ayaz Mütəllibovun hakimiyyətdən uzaqlaşdırılmasına və Əbülfəz Elçibəyin onun yerniə gətirilməsinə işarə edərək açıqladı: “Anti-İran bir şəxsiyyət olan Elçibəy aşkarcasına: biz hazırıq ki, Qarabağı ermənilərə verək, amma İrandan kömək istəməyək – deyirdi”.

Ayətullah Amili AR dövlətinin anti-İran siyasətlərini şərh etdikdən sonra Bakı dövlətinin anti-İslam siyasətlərindən bəzi məqamlara da toxunaraq dedi: “Dini siyasətdən ayırmaq, din və dini alimi toplumdan təcrid etmək, məscidləri dağıtmaq, azanının qadağanına çalışmaq, İranda təhsil almış ruhanilərin fəaliyyətini qadağan etmək və məscidlərin idarəçiliyini saray ruhanilərinə tapşırmaq, islami hicabı yasaqlamaq, geniş surətdə dindarları həbs etmək sionistlər tərəfindən diktə olunmuşdur ki, Azərbaycan Respublikasında icra olunur “.

O, çıxışının davamında dedi: “Alimi xalqdan ayırmaq hökumətin xalqa etdiyi ən böyük zülmdür və bu gün Azərbaycanda bu baş verib. Məscidlərdə fəaliyyət göstərmək və dini təlimlərlə məşğul olmaq din alimlərinə qadağan edilib”.

Bu əxlaqı ustadı toplumda qadının hicabını qeyrət somvolu adlandıraraq dedi: “Bu günləri “sivil” qərb cəmiyyətində iş bir yerə çatıb ki, hətta it və pişik xörəklərinin reklamında qadından bəhrələnirlər və bu da belə toplumun süqutunun ən yüksək həddi deməkdir. Təəssüflər olsun ki, müsəlman ölkəsi olan Azərbaycanda da məktəblərdə hicab qadağan olunur, “Eurovision” müsabiqəsinə hazırlıq aparılır, gey-parad üçün şərait yaradılır. Bunlar bütün azərilər üçün rüsvayçılıqdır”.

Ayətullah Amili bütün dünya azərilərinin əsas kimliklərinin şiəlikdə xülasələnməsinə işarə edərək dedi: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərilər mənimlə telefon bağlantısı yaradaraq, Bakı dövlətinin “Eurovision” müsabiqəsinə hazırlaşmasına öz etirazlarını bildirirlər. Biz də hər vaxt onların etirazlarını çatdırmaq istədikdə, Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham olunuruq. Halbuki, mən dini mövqedən çıxış edirəm və ruhaniyyətin vəzifəsi dünyanın hər yerində dini etiqadları müdafiə etməkdir”.

Ayətullah Amili artırdı: “Biz Azərbaycanla dostluq əlaqələrinin olmasını istəyirik. Biz Qarabağ mövzusuna sadiqanə daxil olduq. Və bu gün mən elan edirəm ki, təqlid mərcələrinin fətvası ilə Qarabağ Azadlıq Ordusunun önündə getməyə hazıram. Amma yazıqlar olsun ki, Bakı dövləti sionistlərin təhriki ilə aramızdakı münasibətləri pozmaq istəyir. Əlbəttə, bu onların özlərinin zərərinədir. Onlar bəzi etnik məsələləri ortaya atırlar. Halbuki, bəşər bu gün fikri yetkinliyə çatmışdır və belə məsələlərin təsiri altında qalmırlar. Budan əlavə, bu gün azərilər bütün dünyada o rəhbərlə iftixar edirlər ki, ABŞ-ı dizə çokürdü və Obamanı ona üç dəfə məktub yazmağa məcbur etdi. Bu gün azərilər öz idarəçiliyi ilə islami oyanışın əsasını qoyan İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə iftixar edirlər”.

Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi çıxışının sonunda bir daha vurğuladı: “İran həmişə Azərbaycanın xeyirxahı olmuşdur. Biz Azərbaycan Respublikasında, əsasən də sərhəd şəhərlərdə öz din bacı-qardaşlarımızın çətin həyat şəraitini müşahidə etdikdə kədərlənirik. Biz Qarabağın işğal altında olmasından, ermənilərin oranın məscidlərini heyvan tövlələrinə çevirməsindən olduqca narahatıq. Biz azəri kişilərin qeyrətlərini əllərindən almaq üçün “Ailə dünya sülhü yolunda” təşkilatları kimi qurumları gördükdə narahat oluruq. Biz həmcinsbazların Azərbaycanda parad keçirməsindən xəcalət çəkirik. Biz erməni müğənnilərinin “Eurovision” müsabiqəsində mahnı oxumaq istəmələrini və Bakı təhlükəsizlik qüvvələrinin onların təhlükəsizliyini təmin etməyi öhdələrinə götürdüklərini eşitdikdə ürəyimiz qanla dolur. Arzu edirik ki, Allahın lütfü ilə Azərbaycan Respublikasının müsəlman xalqının problemləri həll olsun və rahatlığa çıxsınlar”.

Qeyd edək ki, Azərbaycan Respublikası islamçılarının xatirəsinə həsr edilmiş “Şəriət məhkumları” toplantısı Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutu və Şərqi Azərbaycan İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin təşəbbüsü və Təbriz camaatının geniş iştirakı ilə keçirildi.
Source : arannews
Comment