0
Wednesday 14 March 2012 - 15:39

Aclıq aksiyası keçirən İmişli sakini: “Rayonda bizim şikayətimizə baxan yoxdur”

Story Code : 145614
İmişli - Rayon
İmişli - Rayon
“Bizim evimiz uçub. Bununla bağlı şikayətə gedirik, rayon rəhbərliyində olan şəxslər bizi təhqir edir. Dərdimizi heç kimə deyə bilmirik. Rayonda bizim şikayətimizə baxan yoxdur. Onun üçün də aclıq aksiyasına başlamışıq”.

Bu sözləri İmişli rayon Murğuzallı kənd sakini Əjdər Hümbətov “Deyerler.org”a aclıq etməsinin səbini danışarkən deyib.

“Bizim aclıq aksiyası keçirməyimizlə bağlı da maraqlanan olmayıb. Bir dənə kənd üzrə icra nümayəndəsi maraqlanıb, çıxıb gedib. Bizə deyib ki, narahat olmayın. Lakin heç bir şey də ortalıqda yoxdur.

Səhhətim hələ ki, normaldır. Həkimə də müraciət etmişik, amma baxış keçirilməyib. Rayondan da maraqlanan yoxdur”.
Comment