0
Saturday 17 March 2012 - 13:16

Misir müftisi: Qətər və Səudi Ərəbistan İsrailin qullarıdırlar

Story Code : 146267
Misir müftisi: Qətər və Səudi Ərəbistan İsrailin qullarıdırlar
Misir müftisi: Qətər və Səudi Ərəbistan İsrailin qullarıdırlar
Islam times.org/az/ - Press TV-nin verdiyi məlumata əsasən Misirin tanınmış ruhanisi Qətər və Səudi Ərəbistanı başqa müsəlman ölkələrin işlərinə qarışmaqda ittiham edərək onları İsrailin nökərləri adlandırmışdır.

Şeyx Muhəmməd Alaəddin Mədhi dediyinə görə bu iki ölkə İsrail və ABŞ-ın Suriyada planlarını həyata keçirirlər.

Misirin paytaxtı Qahirəd
Press TV-yə ekskluziv olaraq müsahibə verən Mehdi demişdir: “Əvvəla gəlin görək bu iki ölkənin özündə demokratiya varmı? Mən bilən yoxdur. Onlar Liviyanın da daxili işinə qarışdılar. Liviyada Qəddafidən çox onlar insan qətlə yetirdilər. Onların İslamla heç bir əlaqəsi yoxdur.”

O daha sonra Yəməndəki şiə azlığına qarşı baş verən hadisələri xatırlayaraq bunları demişdir: “Hər il Səudi Ərəbistan ABŞ-dan silah-sur
at alır. Onlar bu silahları kimə qarşı istifadə edirlər? Onlar bu silahları müsəlmanlara qarşı istifadə edirlər.”

Onlar Bəhreyndə müsəlmanları öldürdülər. İndi də müsəlman olan Suriyalıları təhdid edirlər. Axi onlar niyə İsrailə qarşı mübarizə aparmırlar? Qətər və Səudi Ərəbistan İsrailin nökərləridirlər.

2011-ci il martın ortalarından bəri Suriya təşviş içərisindədir. Zorakılıq nəticəsində təhl&
uml;kəsizlik qüvvələri də daxil olmaqla yüzlərlə insana xətər dəyib.

Dəməşq bütün bu zorakılıqların səbəbini xaricdən idarə olunan silahlanmış, qeyriqanuni fəaliyyət göstərən və sabotaj yaratmaqla məşğul olan terrorist qruplarda görür.

Müfti həmçinin Livanın müqavimət hərakatı olan Hizbullahı İsraillə mübarizə apardığı üçün alqışladı.
Mədhinin bildirdiyinə görə bugün Livan Hizbullahı yeganə qüvvədir ki, İsrailə meydan oxuyur. Bu da təbiidir ki, İsrail Hizbullahı dağıtmaq üçün Suriyanı məhv etmək və ölkəni parçalamaq istəyir. İsrail Hizbullahı dağıtmaq üçün Suriyada vətəndaş müharibəsi yaratmaq istəyir.

O daha sonra Səudiyyəyə mənsub olan “Əl Ərəbiyyə” və Qətərə mənsub olan “Əl Cəzirə” tele kanallarını İsrailin maraqlarına xidmət etməkdə ittiham etdi. Riyad və Dohanın Suriyada vətəndaş müharibəsi yaratmaq üçün daxildəki silahlı qrupları dəstəkləməsi öz təsdiqini tapıb.

Əldə olan faktlara əsasən Qətər Türkiyə ilə bir yerdə Suriya hökümətinə müdaxilə etmək üçün muzdur qrupları yaradıb.

İSLAMTİMES
Source : islamtimes
Related Stories
Comment