0
Sunday 18 March 2012 - 23:38

Bayramlardan sonra və əvvəl

Story Code : 146665
Bayramlardan sonra və əvvəl
Bayramlardan sonra və əvvəl
Islam times.org/az/ - Müxtəlif zamanlarda Azərbaycan hakimiyyəti represiya kampaniyaları həyata keçirir. Hakimiyyətin bu tədbirləri əsasən siyasi motiv daşıyır. Hal hazırda həmin represiya tədbirlərinin davam etdiyi zamanda yaşayırıq. Bu timsaldan olan sonuncu kampaniya dindarlara qarşı aparılan represiyadır. Digərlərinə qarşı, məsələn, siyasi müxalifətə qarşı aparılan represiya ilə müqayisədə dindarlara qarşı aparılan represiya daha çox amansızlığı və qəddarlığı ilə fərqlənir.

Sonuncudan qabaqkı antidin represiya tədbirləri barədə məlumatlar və yazılar yazılıb, onları xatırlayırsınız və bu əsasən hicaba azadlıq tələb edən dindarları əhatə edirdi.

İslam Respublikası ilə Azərbaycan hakimiyyəti arasında axırıncı gərginlik İranda nüvə alimlərini qətlə yetirən Mossad cəsuslarının Azərbaycandakı fəaliyyəti ilə başladı və hal hazırda da davam edir. Cəsus qalmaqalı davam etdiyi bir dönəmdə fevralın 18-də İranın “Səhər” televiziyasının Azərbaycandakı müxbiri Anar Bayramlı Binəqədi Polis İdarəsi tərəfindən həbs edilir. Sonrakı günlərdə jurnalistin müdafiəsi ilə məşğul olan vəkil Anar Qasımlının mətubata verdiyi məlumata görə Bayramlı həbsdən hələ çox əvvəl Binəqədi polisinə bir neçə dəfə çağrılıb.

Sonuncu Aşura günündən əvvəl polis idarəsinə çağrılan Bayramlıyla söhbət zamanı polis rəisi ona müxtəlif suallar verir. Daha sonra soruşur : “sabah Aşura mərasimi olacaq. Sənin Aşura ilə bağlı planında nə var ?” Jurnalist bildirir ki, Aşura günü Nardarana gedib ordakı tədbirlə bağlı reportaj hazırlamağı planlaşdırır. Cavabında polis rəisi Anardan Nardarana getməməyi tələb edir. Jurnlist isə bildirir ki, bu onun peşə fəaliyyəti ilə bağlı işidir və Aşura günü Nardarandan reportajını hazırlayır.

Fevralın 18-də Anar Bayramlının evinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları müqavimətlə qarşılaşmadan jurnalisti polis idarəsinə gətirərək əvvəl bir
aat növbətçi hissənin önündə gözlətdirirlər. Sonra jurnalistə deyirlər ki, səni rəis qəbul edəcək, rəisin yanında adamlar olduğnu deyib Anar Bayramlını bir otağa salıb orda 15-20 dəqiqə gözlətdirirlər. 20 dəqiqədən sonra polis əməkdaşları müxbirə deyiblər ki, üst paltarla rəisin yanına girmək olmaz Anar da öz gödəkçəsini çıxarıb həmin otağa qoyaraq rəisin qəbul otağına gedir.

Otağa çatanda polis əməkdaşları jurnalistə deyirlər ki, rəisin yanında müavin var və müxbir yenidən gödəkçəsini çıxarıb qoyduğu əvvəlki otağa qayıdır. Elə bu zaman polis əməkdaşları ilə yanaşı daha bir neçə nəfər mülki geyimli də otağa girib jurnlistə bildirirlər ki, onun üstünə baxış keçirəcəklər.

Gödəkçəsini cibindən portmanını götürüb açaraq bir bir sırayla əşyaları çıxararaq bunlarn jurnalistə məxsus olub olmadığını soruşurlar. Əvvəl 80 qəpik pulu, bir neçə vizit kartı, metro keçid kartını jurnalistə göstərərək ona məxsusluğunun təsdiqini alıblar. Daha sonra bir kağıza bükülmüş naməlum əşyanı çıxarıblar. Anar deyib ki, bu əşyanın nə olduğunu bilmir və ona məxsusluğunu təkzib edib. Kiçik bağlamanı açan polis əməkdaşları bildirir ki, bu heroindir. Elə belə də prosesi rəsmiləşdirib sənədləri tərtib ediblər və jurnalistə qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham irəli sürülərək həbs ediblər, Anar Bayramlını Bakı İstintaq Təcridxanasına transfer ediblər.

Jurnlist haqqında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bayramlı həbsə alındıqdan 3 gün sonra vəkillə təmin olunmuşdur. Jurnalistin özü, ailə üzvləri, vəkili, tanıyanları və hətta şəxsən tanımayan ekspe
tlər 4 qram heroini jurnalistin cibinə polisin özü tərəfindən yerləşdirilməsinə şübhə etmirlər.

Səhv eləmirəmsə Anar Bayramlının həbsinə ilk reaksiyanı Media Hüququ İnstitutu verdi. MHİ-nun bəyanatında deyilirdi ki, “Azərbaycan Respublikasında hökumətin ciddi siyasi monopoliyası səbəbindən teleradio yayımı sahəsində hökumətin tənqidi imkanlarının sıfır səviyyəsinə endirildiyi, hökuməti tənqid edən şəxslərin hər yolla yayımdan kənarda saxlandığı bir şəraitdə İran hökumətinin nəzarəti altındakı olan bu kanalın verilişləri yerli kanallara yeganə alternativ kimi populyarlaşıb”.

İki gün sonra isə ABŞ tərəfindən maliyyələşdirilən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu “Səhər” televiziya kanalının Bakıdakı müxbiri, Azərbaycan vətəndaşı Anar Bayramlının həbs olunmasından narahatlığını bildirdi və bu həbsi həyata keçirən qüvvələri qınayan bəyanat yaydı.

Sonrakı günlərdə yerli və beynəlxalq təşkilatlar da məsələyə münasibət bildirir və müxbirin həbsini pisləyirdilər. Azərbaycanda jurnalistin narkotik ittihamı ilə həbsi ilk dəfə deyil.

2006-cı ildə Nəsimi Rayon Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakiti 10 qram heroini saxlamaqda ittiham edərək 3 il azadlıqdan məhrum etmişdi.

2010-cu ildə isə həbsdə olan jurnalist Eynulla Fətullayevə qarşı eyni ittiham irəli sürülmüş və nəticədə jurnalistə yeni uzunmüddətli həbs cəzası verilmişdi. Jurnalist həbs olunduqdan sonra Ölkə boyu dindarların kütləvi həbs dalğasına növbəti dəfə start verildi. Hazırkı zaman üçün müxtəlif rəqəmlər səslənsə də bəlli olan budur ki, fevralın 17-dən bu yana həbs edilən dindarların sayı 43-ü keçib. Tək bir Nardarandan 32 nəfər həbs edildiyi bildirilir.

Məsələn, əldə olunmuş təsdiqlənməmiş məlumata görə hüquqmüdafiəçilərinin siyahısında nardaranlı Zəkiyev Əbülfəz Əlikram oğlunun adı qeyd edilib, amma onunla bərabər həbs olunan daha 6 nəfər qohumunun adı yoxdur. Çox sayda belələri var ki, adı siyahıda var ancaq onunla bərabər həbsə atılan qohumlarının adı yoxdur.

Xatırlayırsınızsa Mövsum Səmədov 2011-ci ilin yanvarın 7-də Yeni il bayramı günlərində həbs edildi. İndi də dindarlara qarşı növbəti həbs tədbirləri Novruz bayramı ərəfəsində davam edir. Elə bil Əliyev rejimi dindarları bayramlardan sonra və əvvəl həbs etməklə, dindarların ailə üzvlərinin xatirəsində özünü bir despot kimi unutmağa qoymur.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru
Source : islamtimes
Comment