0
Monday 19 March 2012 - 14:18

İrana hücum İsrailin sonu olacaq

Story Code : 146777
İran - İsrail
İran - İsrail
İran İslam Respublikasının xarici işlər naziri sionist rejim başçılarının İrana qarşı təhdidlərinə cavab olaraq deyib: İsrailin İrana qarşı ehtimal olunan hərbi hücumu, bu rejimin bir həftədən az bir müddətdə məhv olması ilə nəticələnəcək.

Əli Əkbər Salehi Danimarka televiziyası ilə müsahibədə deyib: İsrail o qədər kiçikdir ki, real müharibədə hətta bir həftə belə davam gətirə bilməz və əgər belə bir səhvə yol vermiş olarsa, öz ünün məhv olmasına start vermiş olacaq.

Sionist rejim başçıları son aylar ərzində davamlı olaraq İranı nüvə mərkəzlərinə hücum etməklə hədələyirlər. İsrail rejimi İranın nüvə silahı əldə etməsi adlandırdığı məsələnin qarşısını almaq bəhanəsi ilə çalışır ki, ABŞ və bəzi Qərb dövlətlərini İrana qarşı hərbi əməliyyatlara təhrik edirlər.

Sionistlərin İrana qarşı media vasitələri ilə beynəlxalq səviyyədə ciddi formada izlədikləri qalmaqal yaratma siyasəti elə bir şəraitdədir ki, İsrail yüzlərlə nüvə başlığına və atom bombasına malik olmaqla, Yaxın Şərq regionunda potensial təhlükə sayılır. İsrail rejimi təsis edildiyi zamandan region ölkələrinə qarşı ən çox təcavüz hallarına habelə, Fələstin ərazilərində mütəşəkkil cinayətlərə və dövlət terrorizminə yol verib. Elə bu hərəkətlərinə görə də region xalqları arasında təcavüzkar, işğalçı və cinayətkar bir rejim kimi tanınır.

Sionistlərin İrana qarşı son hədələri də yeni bir məsələ sayılmır. İran xalqı və dövlətinin 33 ildir ki, Fələstin xalqının ideyalarının gerçəkləşməsinə təkid etmələri və qeyri-qanuni olan İsrail rejimini tanımaqdan çəkinmələrini nəzərə aldıqda sionistlərin İran ilə düşmənçiliklərində təəccüblü məqamın olmadığını başa düşmək mümkündür.

İsrail rejiminin İranı həssas məkanlara və nüvə mərkəzlərinə hücum etməklə hədələməsi daha çox başından böyük danışmağa bənzəyir ki, İsrail rejiminin hərbi qüdrəti ilə bağlı ilğımdan mənşə alan bir məsələdir.

İsrail rejiminin 33 günlük müharibədə Livan Hizbullahının, 22 günlük müharibədə isə Qəzzə sakinləri qarşısında məğlubiyyətə uğraması sübut etdi ki, İsrail rejiminin məğlubedilməzlik əfsanəsi puç xəyaldan başqa bir şey deyilmiş. Buna görə də, İsrail rejiminin özünə məxsus hərbi-müdafiə qabiliyyətlərinə malik olan İran kimi regional bir qüdrətə qarşı hərbi hücum hədələri daha çox psixoloji müharibə hesab olunur və bu rejimə bağlı media dairələri tərəfindən izlənilir.

Sionist Maariv qəzeti cümə günü yazmışdır ki, İsrail rejiminin nazirlər kabinetində İrana hücumla bağlı səsvermə olub.

Siyasi müşahidəçilər inanırlar ki, İsrail rejiminin baş naziri Benyamin Netanyaho ötən həftə Amerikaya olan səfəri zamanı İrana qarşı hərbi hücuma ABŞ prezidenti Barak Obamanın dəstəyini əldə edə bilməməsinin ardınca işğal olunmuş ərazilərdə insanların hislərini təhrik etmək və İrana qarşı media vasitələrindən istifadə edərək mənfi atmosfer formalaşdırmaqla, Qərbi öz istəklərinə alət etsin. Amma, ABŞ-ın araşdırma müəssisələri tərəfindən İsrail rejiminin hərbi qüdrəti ilə bağlı aparılan araşdırmalar bu rejimin İran İslam Respublikasının silahlı qüvvələri qarşısında aciz olmasından xəbər verir. Elə buna görə də, İranın xarici işlər naziri vurğulayıb ki, sionist rejim başçıları İrana qarşı hücum ehtimalının mənfi nəticələrindən agahdırlar və belə bir səhvə yol verildiyi təqdirdə İsrail həqiqətdə özünün məhv olmasına start vermiş olacaq. /Azeri.İrib.ir/
Comment