İran və “altılıq” ölkələri arasında yeni müzakirələr Türkiyədə deyil, İsveçrədə aparılacaq.
Bu barədə işğalçı İsrail rejiminin “Haaretz ” qəzeti xəbər yayıb. Məlumatda bildirilib ki, İranın nüvə proqramı ilə bağlı müzakirələrin Türkiyədə keçiriləcəyi ehtimal olunsa da, görüşlər 2012-ci il aprelin 13-də İsveçrənin Cenevrə şəhərində başlayacaq.