0
Sunday 25 March 2012 - 11:48

Əliyev rejimində ideal təhsil sistemi

Story Code : 148043
Əliyev rejimində ideal təhsil sistemi
Əliyev rejimində ideal təhsil sistemi
Oğuz rayonunda müəllimlər yeddi aydır ki, maaş almırlar. Onlar ötən ilin sentyabr ayının əmək haqqını indiyədək ala bilməyiblər. Bu, azmış kimi, onlar bir neçə ay işlədikdən sonra qanunsuz olaraq ixtisara məruz qalıblar.

Bu barədə redaksiyamıza müəllimlər müraciət ediblər. Onlar bildiriblər ki, aidiyyatı qurumlara etdikləri müraciətlər də problemin həlinə yardımçı olmayıb.
Belə ki, rayonda məktəbdənkənar müəssisələrdə çalışan onlarla müəllim 2011-ci ilin sentyabrından dekabrın sonunadək əmək haqqı almadan işləyiblər. Dekabrın sonunda isə onlara bildirilib ki, işlədikləri qruplar ixtisar edilib və onlar işdən çıxarılıblar.

Ancaq müəllimlərə heç bir əsaslandırılmış səbəb göstərməyiblər. Aylardır ki, müəllimlər işdən azad olunmalarının səbəbini öyrənmək üçün rayon təhsil şöbəsi başda olmaqla bir çox qurumlara müraciət etsələr də, xeyri olmayıb. Onlar heç ixtisarla bağlı əmri də ala bilmirlər. İşdən qanunsuz olaraq çıxarılan müəllimlərə işlədikləri ayların əmək haqqı da ödənilməyib. Müəllimlər bildirirlər ki, rayon təhsil şöbəsi problemin Təhsil Nazirliyindən gəldiyini deyir, rayon maliyyə şöbəsi isə onların əmək haqqının hesablandığını, ancaq verilməsinin mümkün olmadığını bildirir. Aylardır ki, get-gələ salınan müəllimlər isə nə işdən çıxarılmaları barədə əmri ala bilir, nə də maaşlarını. Onlar məhkəməyə müraciət etmək üçün də pul tapa bilmədiklərini vurğulayırlar. Mövzunu diqqətdə saxlayacağıq.
Source : Müsavat
Comment