0
Thursday 29 March 2012 - 19:34

Qətər təkidlə İrana qarşı ərazisindən istifadə edilməyəcəyini bildirir

Story Code : 149032
Qətər təkidlə İrana qarşı ərazisindən istifadə edilməyəcəyini bildirir
Qətər təkidlə İrana qarşı ərazisindən istifadə edilməyəcəyini bildirir
Islam times.org/az/ - Qətərin Baş Naziri Şeyx Həməd bin Jasem əl Sani bildirmişdir ki, Qətər İrana qarşı ərazilərindən istifadə etməyə heç kəsə icazə verməyəcək.

ABŞ silahlı qüvvələrinin regional birləşmiş mərkəzi komandanlığının Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiyada ABŞ hərbi əməliyyatlarına cavabdeh olan Qətər baş naziri bu cür deyib: “Bu açıq-aşkar bir məsələdir ki, biz ərazimizdən İrana qarşı istifadə edilməsinə icazə verməyəcəyik.”

O Əl Cəzirə telekanalına müsahibəsində bildirib: “İranlılar və amerikalılar yaxşı bilirlər ki, Qətər İrana qarşı hər hansı bir hərbi müdaxiləyə qarşıdır.”
ABŞ silahlı qüvvələrinin regional birləşmiş mərkəzi komandanlığı ABŞın İraqdakı hərbi əməliyyatlarına rəhbərlik etmiş və Pakistan, İordaniya və Mərkəzi Asiya da daxil olmaqla Fars körfəzi ölkələri olan Qətər, Kuveyt, Bəhreyn, Oman, Səudi Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərində bazalara sahibdir.

ABŞ v
Avropa Birliyi İranın nüvə enerjisi proqramına qarşı iqtisadi sanksiyalar tətbiq etdiyi halda İsrail İranı açıq-aşkar hərbi müdaxilə ilə təhdid edir.

Vaşinqton həmçinin sanksiyalar vastəsilə İslam Respublikasını nüvə enerjisi proqramından ələ çəkməsinə nail olmayacağı təqdirdə hərbi müdaxilədən istifadə edəcəyini bildirib.

İran rəsmiləri isə mümkün olan hər bir hərbi hücuma qarşı öldürücü cavab verəcəyini və müharibə olarsa Mərkəzi Asiya regionlarına da yayılacağı haqda xəbərdarlıq ediblər.

Keçən həfət Novruz bayramı münasibətilə çıxış edən İslam İnqlabının Rəhbəri Seyyid Əli Xamenei ABŞ və İsrail İrana hücum etdiyi təqdirdə eyni cür cavab veriləcəyini bəyan edib.

İslam Rəhbəri deyib: “Biz nüvə silahına sahib deyilik və istehsal da etməyəcəyik. Ancaq biz özümüzü ABŞ və Sionist rejimi tərəfindən gələ biləcək hər bir hücumdan müdafiə etmək üçün cavab verməyə hazırıq.”

İran Prezidenti Mahmud Əhməd Nejad ABŞ və İsrailin İrana hərbi müdaxilə haqda dediklərinə cavab olaraq bildirmişdir ki, bu seçim yalnız stol üzərində qalan bir sənəd olacaq.
Source : Islamtimes
Comment