0
Monday 2 April 2012 - 23:22

Suriya qiyamçılarına əmək haqqı vermək üçün 100 milyon dollar pul ayrılacaq

Story Code : 149909
Suriya qiyamçılarına əmək haqqı vermək üçün 100 milyon dollar pul ayrılacaq
Suriya qiyamçılarına əmək haqqı vermək üçün 100 milyon dollar pul ayrılacaq
Islam times.org/az/ - Bir neçə Fars körfəzində olan Ərəb ölkələri və ABŞ Suriya qiyamçılarına əmək haqqı vermək və onları hökumətə qarşı mübarizə aparmaq üçün lazımı təchizatlarla təmin etmək üçün 100 milyon dollar pul ayırmağı öz öhdələrinə götürüblər.

Səudiyyə Ərəbistan, Qətər və Birləşmiş Ərəb Əmirlikləri bu təklifi Bazar günü İstanbulda keçirilən “Suriyanın Dostları” adlı konfransda səsləndiriblər və Qərb və Ərəb dövlətlərindən ibarət 70 ölkə Dəməşqi “Suriyanın düşmənləri” adlandırıblar.

Müxalifətdən olan Suriya Milli Şurası bildirib ki, Prezident Bəşşar Əsəd hökumətinə qarşı vuruşanlara pul ödənəcəkdir.

Milli Şura həmçinin əlavə edib ki, hökumətin ordusundan fərrari olan əsgərlərə də pul ödəniləcəkdir.

BMT Təhlükəsizlik Şurasının veto hüquqna malik olan Rusiya, Çin və Ərəb Liqasına sədirlik edən İraq İstanbul görüşlərinin baykot ediblər.
Çərşənbə axşamı Rusiya xarici işlər naziri Alexsandr Lukaşeviç Moskvada jurnalistlərə bildirmişdir ki, keçiriləcək konfrans Suriyada münaqişəni həll etməyə deyil, Suriyaya müdaxilə yollarını müzakirə edəcək.

Lukaşeviç bildirmişdir: “İclas üzvləri Suriyadakı münaqişələrə son qoymağı deyil, əksinə Suriyaya xarici müdaxilənin yollarını müzakirə edəcəklər.”

Suriya ölkədə olan narahatlığa görə xaricdən dəstək alan silahlı terrorist qruplarını günahlandırır. Qərb və Suriya müxalifəti isə Suriya hökumətini nümayişçiləri qətlə yetirməkdə ittiham edir.
Source : Islamtimes
Comment