0
Thursday 5 April 2012 - 06:29

Bəs nazirlərin özünü kim tutacaq?

Story Code : 150516
Bəs nazirlərin özünü kim tutacaq?
Bəs nazirlərin özünü kim tutacaq?
Baş Prokurorluq Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət departamenti əməkdaşının cinayət əməlinin işfa edilməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 – Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət departamentinin məsləhətçisi İsmayılov Hüseyn İsmayıl oğlunun alkoqollu içkilərin və tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə tərtib olunmuş protokola əsasən inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması və müvafiq lisenziyanın ləğv edilməməsi üçün ondan rüşvət tələb etdiyini bildirib.

Aprelin 3-də idarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Hüseyn İsmayılov həmin şəxsdən 300 manatı rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib. H. İsmayılovun üzərinə baxış keçirilərkən müxtəlif ticarət obyektlərinin adı göstərilən və qarşısında müəyyən məbləğlərdə pul vəsaitləri yazılmış qeydiyyat vərəqələri aşkar edilərək götürülüb. Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Comment