İsrailin Misirdəki konsulu işçi heyəti ilə birlikdə bu ölkəni tərk etdi
Story Code : 151080
"IslamTimes" "Al-Fajr" xəbər agentliyinə istinadən xəbər verir ki, Qahirə Beynəlxalq Hava Limanı səlahiyyətliləri İsrailin bu ölkədəki konsulu Devid Ayalonun işçi heyəti ilə birlikdə Tel-Əvivə yollandığını xəbər verib.
Konsulluq işçilərinin Tel-Əvivə dönməsindən sonra Qahirədəki səfirlikdə də heç bir səlahiyyətli qalmayıb.
Xatırladaq ki, uyğun hadisədən öncə işğalçı rejimin Qahirədəki səfirlik işçiləri də tətil günlərindən sonra Misirə dönməmək qərarına gəlmişdi.