0
Saturday 7 April 2012 - 21:54

Qazaxıstan İranla 5+1 arasında danışıqlara ev sahibliyinə hazır olduğunu bildirib

Story Code : 151243
İran - 5+1
İran - 5+1
İran Türkiyədən başqa bir dövlətin də 5+1 ilə danışıqlara ev sahibliyi edə biləcəyini açıqladıqdan sonra Qazaxıstan dövləti bu danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.

ABŞ-ın xarici işlər naziri Hillari Klinton 31 martda İranla 5+1 arasında danışıqların 13, 14 aprel tarixində Türkiyədə keçiriləcəyini xəbər vermişdi.

Eyni zamanda Avropa Birliyi diplomatları danışıqların keçiriləcəyi məkanın hələ dəqiq təyin edilmədiyini söyləyiblər.

İran xarici işlər naziri Əli Əkbər Salehi isə təkidlə vurğulayıb ki, müzakirələrə ev sahibliyi edəcək məkan hər iki tərəfin razılığı ilə seçilməlidir və İran Bağdad və Pekini variantını irəli sürüb.
Comment