0
Tuesday 10 April 2012 - 04:47

Misirdə 2 casusluq şəbəkəsi aşkarlandı

Story Code : 151966
Misirdə 2 casusluq şəbəkəsi aşkarlandı
Misirdə 2 casusluq şəbəkəsi aşkarlandı
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Misirin Milli Təhlükəsizlik Nazirliyi bildirib ki, bu qrum ötən gün iki casusluq şəbəkəsini aşkarlayaraq onların 7 üzvünü həbs edib.

Təhlükəsizlik Nazirliyi casusların Misir inqilabından sonrakı vəziyyət haqqında məlumat toplamağa vəzifəli olduğunu vurğulayıb.

Bu barədə rəsmi məlumatda deyilir: "Aşkarlanan iki casusluq şəbəkəsində dörd amerikalı, bir sionist, bir mərakeşli və bir norveçli var. Bu şəxslər tədqiqat işləri üçün müvafiq orqanların ixtiyarına verilib."

Misirdə ABŞ və İsrailin ən mühüm müttəfiqlərindən olan Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən 25 yanvar inqilabından sonra casusların fəaliyyəti daha da intensivləşib.

Xatırladaq ki, bundan öncə də Misirdə bir neçə dəfə İsrail və ABŞ-a məxsus casusluq şəbəkələri aşkar edilib.
Comment