0
Wednesday 11 April 2012 - 19:23

Azərbaycanda yavaş-yavaş xalq hərəkatları başlayır

Story Code : 152487
Yardımlı - Azərbaycan - Xalq
Yardımlı - Azərbaycan - Xalq
Yardımlı rayon Nisəqala kənd sakinləri Prezident Admnistrasiyasına yürüş etməyə hazırlaşır. Azadxeberın bildirdiyinə əsasən, bu barədə Bolgexeber.com-a həmin kəndin sakini Sultanov Siyavuş Əhmədağa oğlu məlumat verib.


Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin Yardımlı rayon şöbəsinin müdiri, Yardımlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Mirzəyevin əmisi oğlu Akif Mirzəyev demək olar ki, bütün rayon sakinlərini boğaza yığıb.


Şikayətçinin bildirdiyinə görə, burada hər şey rüşvətlədir. “Əvvəllər 50-50–yə prinsipi ilə işləyirdilər. İndi isə o prinsiplər dəyişərək 30-70 faizə olub. Yani 30% vətəndaşa, 70%-i isə Akif Mirzəyevə çatır. Şikayətinidə bildirəndə Akif müəllim “Ay balam, siz bilmirsiniz bizim nazir biznesmendir? Bu pulları mən cibimə qoymuram. Gedin pullarınızı Fizulu Ələkbərovdan istəyin. Nazir bütün rayon şöbələrinə deyib ki, 70 manatdan artıq heç kimə yazmayın. Ona görə də mən onun göstərişlərini yerinə yetirirəm” deyir”.


Sakinlər bildiriblər ki, bizim bir yolumuz var: “Yardımlıdan piyada Prezident Admnistrasiyasına yürüş etmək. Onu da planlaşdırırıq. Artıq qərar vermişik. Bu həftəni də gözləyəcəyik, əgər hər hansı müsbət addımlar atılmasa biz öz yürüşümüzü həyata keçirəcəyik”.


Bolgexeber.com-un əməkldaşının “Siz bu haqda rayon İcra hakimiyyətinə məlumat vermisinizmi” sualına rayon sakinləri belə cavablandırıb: “İcra Hakimiyyətinin birinci müavini Mahir Mirzəyev bütün qohum-əqrabaları kimi əmisi oğlu bunu da o vəzifəyə otuzdurub ki, narahat olma. “Əgər bura səninlə bağlı şikayətlər gəlsə özüm həll edəcəm” deyib”.


Onu da qeyd edək ki, bir müddət öncə mətbuatda Mahir Mirzəyevin Yardımlıda neçə imperiya qurması haqqında məlumat getmişdi. /AzadXeber/
Comment