0
Sunday 15 April 2012 - 13:44

Əgər Qərb mövqeyini dəyişsə İran əlavə tədbirlər görəcək

Story Code : 153449
Əgər Qərb mövqeyini dəyişsə İran əlavə tədbirlər görəcək
Əgər Qərb mövqeyini dəyişsə İran əlavə tədbirlər görəcək
Islam times.org/az/ - Tehran universitetinin professor Muhəmməd Mərəndi açıqlamasında bildirib: “Əgər onlar İranın haqlarını tanısa, bu zaman İran öz işlərini elə bir şəkildə inkişaf etdirəcək ki, heç bir kəs bu işlərə şübhə ilə yanaşmayacaq və beynəlxalq ictimaiyyət tərəfindən etibar qazanacaq.”

O həmçinin Qərbin İslam Respublikasına qarşı sərt siyasət yürütməyini tənqid edib.
O deyib: “Dəyişməli bir şey varsa o da, Qərb mentalitetinin dəyişməsidir.”

Analitik əlavə edərək deyib ki, İran xalqı bilir ki, məsələ İranın nüvə enerjisi proqramı deyil, çünki bu proqramın hərbi aspektləri haqda heç bir sübut yoxdur.

Mərəndi deyib ki, İran iqtisadiyyatını dağıtmaq və İran xalqının ruhiyyəsini məhv etmək üçün İrana qarşı sanksiyalar tətbiq edirlər.

Əslində onların İran Mərkəzi Bankına və neft sənayesinə sanksiyalar tətbiq etməklə İranın ərzaq məmulatlarının idxal və ixracının qarşısını almış olurlar.

İran və 5+1 ölkələri arasında danışıqın birinci mərhələsi şənbə günü Türkiyənin İstanbul şəhərində keçirilib.
Source : Islamtimes
Comment