0
Monday 16 April 2012 - 14:57

Minlərlə Pakistanlı ABŞ əleyhinə nümayişlərə qoşulur

Story Code : 153800
Minlərlə Pakistanlı ABŞ əleyhinə nümayişlərə qoşulur
Minlərlə Pakistanlı ABŞ əleyhinə nümayişlərə qoşulur
Islam times.org/az/ - Bir qrup siaysi partiyaların cəmləşdiyi ittifaq bazar günü ABŞ əleyhinə nümayiş keçirmək üçün Pakistanın Pişəvar şəhərində toplaşıblar.

Partiyalar Pakistan hökumətini ABŞ ilə olan bütün əlaqələri kəsməyə vadar etmək üçün yeni kompaniyaya start veriblər.

Müxtəlif partiyalardan olan minlərlə aktivist və tərəfdar özlərinə məxsus bayraqlarla Pakistan Şurası Konfransının müdafiəsində iştirak ediblər.

Bu yaxınlarda Pakistan Parlamenti yekdilliklə ABŞ ilə münasibətdə yeni qərar qəbul etmişdir. Bu qərar Əfqanıstanın qonşuluğunda ABŞ –ın rəhbərlik etdiyi ordu qruplarına təchizat xətlərinin yenidən açılışına şərait yaradacaq.

Strateji cəhətdən çox əhəmiyyətli olan bu xəttlər keçən noyabr ayında ABŞ hərbi hava qüvvələrinin 24 Pakistan əsgərini qətlə yetirdikdən sonra bağlanmışdır.

24 Pakistan əsgərinin öldürülməsi keçən on illikdə İslamabad və Vaşinqton arasında yaranmış diplomatik krizisin yaranmasına səbəb olmuşdur.

Pentaqonun iddiasına görə əsgərlər ABŞ helikopterinə atəş açdıqları üçün qətlə yetirilmişdir.

Hücum nəticəsində Pakistan rəsmiləri ölkənin şimal qərb hissəsindəki tayfalara hava zərbələri endirmək üçün təyin edilən ABŞ- bazasını bağladı. Pakistan həmçinin ABŞ –ın rəhbərlik etdiyi ordu qruplarına təchizat xətlərini də kəsmişdir.
Source : Islamtimes
Comment