0
Friday 20 April 2012 - 14:30

Türkiyə ABŞ-ın Suriyada oynadığı oyunun qurbanı olacaq

Story Code : 154995
Türkiyə ABŞ-ın Suriyada oynadığı oyunun qurbanı olacaq
Türkiyə ABŞ-ın Suriyada oynadığı oyunun qurbanı olacaq
Islam times.org/az/ - Türk siyasi analitikinin dediyinə görə Ankara Türkiyədə ABŞ-n maraqlarına xidmət etməklə əslində regionda şiə və sünni arasında ədavət toxumunu əkərək Vaşinqtonun oynadığı oyunun qurbanına çevrilib.

Türkiyənin Yeni Mesaj veb səhifəsində yer alan məqalədə Səbahəttin Onkibar Türkiyə rəsmilərinin Müsəlaman qonşu ölkə olan Suriyada münaqişəni səngitmək və həll etmək əvəzinə yanan oda neft tökmüş olduqlarını bildirib.

O sual edərək soruşub: “Məgər Türkiyə Baş Naziri Rəcəb Tayyib Ərdoğan və Ədalət və İnkişaf partiyasının rəhbərləri dərk etmirlərmi ki, Suriyada qızışan od nəhayətdə Türkiyəni də tutaraq xarabalığa çevirəcək.”

Türkiyənin Suriyadakı şiə topluluğuna qarşı gedən sünni müsəlmanlarla ittifaqa girdiyini deyən Onkibar bildi
ib ki, insan gərək kor ola ki, CİA-nin regionda oynadığı oyunu görməyə.

Gərək biz heç zaman unutmayaq ki, Şiə və Sünni müsəlamanlar arasında ayrılıq İslam vəhdətinə çox böyük təhlükədir və əgər biz bu təhlükənin qarşısında durmasaq bu zaman bizim milli vəhdətimiz də təhlükə altında qalmış olacaq.

Suriya 2011-ci il mart ayının ortasından bəri münaqişə içərisindədir və bu münaqişə nəticəsində təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli insan həlak olub.

Qərb və Suriya müxalifəti hökuməti dinc nümayişçiləri qətlə yetirməkdə ittiham edirlər. Ancaq Dəməşq isə münaqişəyə səbəb kimi xaricdən dəstək alan silahlı terrorist qruplarında görür.

Suriya ilə 900 km-lik sərəhəddə malik olan Türkiyə minlərlə Suriya silahlılarını öz ərazisində məskunlaşmağa və yeni qruplar yaratmağa icazə verib.

Sonda Onkibar Türkiyə rəsmilərindən sual edərək soruşub ki, əgər Dəməşq “Türkiyə xalqının dostları” adlı sammitə evə sahibliyi etsəydi və Türkiyə müxalifətini silah və pulla təchiz etsəydi necə olardı?
Source : Islamtimes
Comment