0
Tuesday 24 April 2012 - 19:30

Sudanda son vəziyyət

Story Code : 156255
Sudanda son vəziyyət
Sudanda son vəziyyət
Sudan və Cənubi Sudan arasında bir neçə həftə davam edən informasiya müharibəsi nəhayət Xartum tərəfindən Cənubi Sudan məntəqələrinin bombalanması ilə nəticələndi. Sudan parlamentinin nümayəndələri son iclasda Cənubi Sudanı rəsmi olaraq düşmən elan etdilər. Bu isə Cuba və Xartum arasında neft mənbələrindən dolayı gərginliyi daha da artırdı. Tərəflər bir-birlərini mübahisəli neft məntəqəsinin istismarında ittiham edirlər.

Bu problem hələ Cənubi Sudanın öz müstəqilliyini elan etdiyi zamana təsadüf edir. Həmin vaxt parçalanmış ölkə rəhbərlikləri sərhədlərin təyinində razılığa gələ bilmədilər. İxtilaflı ərazidə yerləşən Həclic neft yataqları mübahisəli ərazi olaraq qaldı.

Mövzunun dərinliyinə
nəzər salsaq və qarşıdurmanın köklərini axtarsaq görərik ki, burada iki amil var. Əlbəttə ki, həmin amillər əlaqəlidir. Həmin amillərdən biri Sudanın parçalanması və Cənubi Sudanın öz müstəqilliyini elan etməsidir. Bugünki gərginliyin başlanğıcı həmin vaxta təsadüf edir. İkinci amil son yarıməsrdə Afrikada mövcud olan gərginlikdir.

Şəmsi 1390-cı ildə Mərkəzi Sudan neçə on ildən sonra Cənubi Sudanın müstəqilliyini qəbul etdi. Keçirilmiş referendumda Sudanın parçalanması qanuniləşdi. Bu ölkə parçalanmalı idimi, onun parçalanmasında ABŞ və İsrailin rolu nədir, ayrıca suallardır. Cənubi Sudan beynəlxalq təşkilatlar tərəfindən də himayə olunurdu. Bir çox sualların cavabını
son yarım əsrdə Afrikada baş verən hadisələrdə axtarmaq lazım gəlir. Sudan şəmsi 1335-ci ilə qədər Britaniyanın müstəmləkəsi olub. İngilislər bu ölkəni tərk edəndən sonra tərəflər müstəqilliyini elan edib, şimalla cənub arasında qarşıdurma Britaniya tərəfindən himayə olunub. 30 il davam edən müharibədə milyonlarla insan həlak olub.

Ömər əl-Bəşir müharibənin davam etdirilməsini faydasız saydıqdan sonra Keniyada müqavilə imzalanıb. Müqaviləyə əsasən, 1374-1390-cı illərdə atəşkəs elan olunub. Sudanın sərvətləri şimalla cənub arasında bölünüb. Cənub qiyamçılarının rəhbəri Con Qaranq Sudan prezidentinin müavini təyin edilib. Amma ABŞ, İsrail və müttəfiqlərinin müdaxilələri nəticəsində
gərginlik yaranıb, bir vertolyotun süqutu nəticəsində Qaranq müəmmalı şəkildə həlak olub.

Onun ölümündən sonra Cənub qiyamçılarına Salavaker rəhbər seçilib. Xartumla müharibə davam etdirilib. Sudan ordusu qiyamçıları məhv etmək üzrə olduğu vaxt Qərb dövlətləri Mərkəzi Sudana qarşı sanksiyalar qoyub. Hətta İslam Konfransı ölkələri tərəfindən himayə olunmaması Sudan dövlətini tənha qoyub. Qiyamçılar ən müasir silahlarla silahlandırılıb və uduzulmuş müharibədə vəziyyət dəyişib. Nəhayət Həsən Ömər əl-Bəşir dövləti Cənubi Sudanın müstəqilliyini tanımağa məcbur edilib. Qərblilər hətta Ömər əl-Bəşiri bəşər əleyhinə cinayətlərdə ittiham edərək təzyiqə
məruz qoyub.

Nəhayət Ömər əl-Bəşir Cənubi Sudanla müqavilə imzalayıb və Cənubi Sudan Şimaldan ayrılıb. Beləcə Cənubi Sudan dünyanın 193-cü ölkəsi kimi qeydə alınıb. Bu ayrılma nəticəsində Sudan torpaqlarının dörddə biri 7 milyonluq cəmiyyətlə birlikdə qiyamçıların ixtiyarına keçib. Neft ehtiyatlarının 85%-i Cənubda yerləşir. Elə bu sərvətlərə görə Cənubi Sudan dünya imperializmi tərəfindən himayə olunur.

Sionist İsrail rejimi Cənubi Sudanın müstəqilliyini tanımış ilk ölkələrdəndir. İki ölkə arasında sıx əlaqələr var. İsrail etiraf edir ki, o Cənubi Sudanın ayrılmasına yardım göstərib və məqsədi Afrikaya nüfuz etmək olub. Burada Tel-Əvivin Nil çayına strateji əhəmiyyət
verməsi də nəzərdən qaçmamalıdır.

Bir çox mütəxəssislər İsrail və Cənubi Sudanın əlaqələrinə xüsusi diqqət yetirir. Bildirilir ki, sionist rejim Afrika üçün xüsusi layihələr cızır. İsraillə əlaqədə olan ərəb ölkələri demək olar ki, bu mövzuya müdaxilə etmirlər. Suriya mövzusunda özünü aktiv aparan ərəblər Cənubi Sudanın İsrail tərəfindən nəzarətə götürülməsinə biganə yanaşırlar.

Neft ehtiyatları uğrunda gedən mübarizə bir daha göstərir ki, İsrail öz ənənələrinə uyğun olaraq hərəkət edir və Qərb dövlətləri Afrikada ikinci İsraili yaratmağı planlaşdırır.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment