0
Wednesday 25 April 2012 - 20:33

İsrailə qarşı müqavimət bütün region üçün yaxşı bir modeldir

Story Code : 156479
İsrailə qarşı müqavimət bütün region üçün yaxşı bir modeldir
İsrailə qarşı müqavimət bütün region üçün yaxşı bir modeldir
Islam times.org/az/ - Sudan Prezidenti Ömər əl Bəşirin xüsusi nümayəndəsi Muhəmməd Atta ilə görüş zamanı Cəlili demişdir: “Son on illikdə İsrailə qarşı müqavimətin parlaq və müsbət nəticəsi region dövlətləri tərəfindən strateji yanaşmanı formalaşdırmaq üçün yaxşı bir nümunə ola bilər.”

O əlavə edərək bildirib ki, qlobal hegamon dövlətlər regionda, məxsusəndə İsrail tərəfdən olan təhlükə haqda insanların fikrini yayındırmaq üçün hər cür hiylə və yalandan istifadə edirlər.

Cəlili həmçinin vurğulayaraq bildirib ki, İslami Oyanış region dövlətlərinin Sionist İsrail rejiminə qarşı potensial bacarıqlarını fəallaşdırması üçün müsbət zəmin yaratmışdır.
Atta Cəlili ilə görüşməzdən əvvəl bazar ertəsi günü İran Prezidenti Mahmud Əhmədnejad ilə görüşmüşdür.

Əhmədnejad görüş zamanı deyib: “Tehran və Xartum hər iki dövlətin xeyrinə olan addımlar atmaqla və hər iki ölkənin qardaşlıq və dostluq əlaqələrini genişləndirməklə regionda və bütün dünyada sülh, təhlükəsizlik, ədalət və qardaşlığı tətbiq edə bilərlər.”

İran Prezidenti həmçinin deyib ki, düşmənlər region dövlətləri üzərində hökmranlıq etmək üçün bütün qüvvələrini səfərbər etmişdir.

O həmçinin əlavə edib: “Heç şübhəsiz ki, ədalət və müstəqillik axtaran xalqların agahlığı səbəbindən elə bir vaxt gələcək ki, şeytan qüvvələrin hiylə və məkirlərinın hamısı boşa çıxacaq və bütün dünya sülh və qardaşlıq içində yaşayacaq.”

Sudan rəsmisi isə öz növbəsində Sudan prezidenti Ömər əl Bəşirin yazılı məktubunu təqdim etmiş və Tehran ilə Xartum arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinin vacibliyini vurğulamışdır.
Source : Islamtimes
Comment