0
Thursday 26 April 2012 - 10:54

Folker Bek Əliyevi diktator adlandırdı

Story Code : 156584
Folker Bek - İlham Əliyev - Diktator
Folker Bek - İlham Əliyev - Diktator
“Avropa Yayım Birliyi ”Eurovision" musiqi yarışmasının siyasi əhəmiyyət daşımadığını iddia edir. Ancaq “Eurovision” kimi nüfuzlu müsabiqə prinsip etibariylə siyasətdən kənarda ola bilməz. Çünki “Eurovision” bütün Avropa cəmiyyətinin diqqətində olan yarışmadır", - deyə Almaniya Bundestaqının “Yaşıllar” partiyasından olan deputatı Folker Bek Avstriyada yayımlanan “Der Standart” qəzetində dərc olunan məqaləsində bildirib.

Almaniyalı deputat məqaləsində yazır ki, Bakıda keçirilən yarışmaya siyasi çalarların əlavə edilməsi ədalətli olardı. Folker Bek məqaləsində bildirir ki, Azərbaycanda hər şey diktator Ilham Əliyevin tapşırığı və nəzarəti altında baş verir. Onun nüfuzlu yarışmadan öz rejiminin piar kampaniyası üçün istifadə etməsinə ehtiyatla yanaşmaq lazımdır.
Folker Bek məqaləsinin sonunda “Eurovision”u izləmək üçün Bakıya gələn dünya mediasının təmsilçilərinin Azərbaycanda insan haqlarının pozulmasıyla bağlı Avropa cəmiyyətini məlumatlandırmalı olduğunu vurğulayıb: “Xarici ölkələrdən gələn dövlət media qurumlarında çalışan jurnalistlərin Azərbaycan hakimiyyətinin təzyiqləri qarşısında geri çəkilərək insan haqlarının pozulması hallarına göz yumması arzu oluna bilməz”. /HaqqYolu/
Related Stories
Comment