0
Wednesday 9 May 2012 - 09:11

Təbrizdə diktator oyan şuarı səsləndi

Story Code : 160252
Təbrizdə diktator oyan şuarı səsləndi
Təbrizdə diktator oyan şuarı səsləndi
Bakı dövləti dünyanın ikinci şiə ölkəsində gey-parad keçirmək fikrinə düşməsin. Çünki əgər belə bir səhvə yol versə, AR xalqının, Təbriz əhalisinin və İranın digər şəhərlərinin müsəlmanlarının qəzəbini söndürmək mümkün olmayacaq.

Minlərlə Təbriz əhalisi Azərbaycan Respublikasının Təbrizdə yerləşən konsulluğu qarşısında etiraz aksiyası keçirərək, bu ölkədə gey-parad keçirilməsinin dərhal ləğv edilməsini tələb etdilər.

Çərşənbə axşamı günortadan sonra Azərbaycan Respublikasının Təbrizin Vəliyyi-əsr (əc) məntəqəsində yerləşən konsulluğunun qarşısında keçirilən aksiyada müxtəlif təbəqələrindən olan 10 mindən yuxarı cəmiyyət, o cümlədən universitet müəllim və tələbələri, incəsənət və mədəniyyət xadimləri, fəhlələr və ruhanilər iştirak etdilər.

Etirazçılar fars və türk dillərində şüarlar səsləndirərək Azərbaycan dövlətinin müsəlman bir ölkədə gey-parad keçirməsini pislədilər və bu əməlin dərhal ləğvini tələb etdilər.

Yağmurlu hava şəraitinə baxmayaraq aksiyaya qatılanlar həmçinin AR dindarlarını dəstəkləyən şüarlar da səsləndirərək, bu ölkə başçılarını islamofobiya hərəkətlərinə son qoymağı çağırdılar.

Aksiya keçirən Təbriz əhalisinin əllərində “Azərbaycan var olsun, İlham sənə ar olsun”, “Cənab İlham Əliyev, Allahın əzabından qorx!”, ” Cənab İlham Əliyev, gey-parad keçirmək əvəzinə Qarabağın azadlığı fikrində ol”, “Azərbaycan milləti, qəbul etməz zilləti”, “Dünyanın həmcinsbazları Azərbaycanda, ölkənin islamçıları zindanda”, “Allahın lənəti olsun həmcinsbazlara, onları himayə edənlərə, təşviq edənlərə” və digər bu kimi plakatlar götürərək, Azərbaycan dövlətinin əxlaqsız “Eurovision” müsabiqəsi və gey-parada ev sahibliyi etməsini bərk pislədilər və Azərbaycan hökumətindən bu hərəkətindən çəkinməsini istədilər.

Təbrizin İslami Şura Məclisinə seçilmiş nümayəndəsi Məhəmməd İsmail Səidi aksiyada çıxış edərək, Bakı dövlətinin əxlaqsızlığı yaymaq planlarını pisləyərək, Bakı rəsmilərini öz ölkələrinin müsəlman xalqının istəklərinə diqqətlə yanaşmasına və gey-paradın ləğvinə çağırdı.

O, bu aksiyaya toplaşanların Azərbaycan xaıqının həqiqi dostları adlandıraraq, AR dövlətindən sionistlərlə münasibətlərinə yenidən baxmasını, anti-İran hərəkətlərdən əl götürməsini və münafiqləri bu ölkədə məskunlaşdırmaqdan çəkinməsini istədi.

Təbrizin nüfuzlu ruhanilərindən olan höccətül-islam vəl-müslimin İsmaili də aksiyadakı çıxışında Azərbaycan Respublikasının əsas problemini bu ölkənin 20 faizdən çox torpaqlarının işğal altında olması bildiridi və Bakı dövlətindən bu ərazilərin azadlığı üçün əməli surətdə çalışmasını istədi.

Aksiyanın sonunda etirazçılar bəyanat verərək, Bakı dövlətinin son hərəkətlərini pisləməklə yanaşı, bu ölkə hökumətindən əxlaqsızlığı yaymaq əvəzinə Qarabağın azadlığına diqqətini yönəltməsini istədilər. Həmçinin, AR prezidentini Bin Əli, Hüsnü Mübarək, Qəzzafi və devrilmiş digər diktatorların aqibətindən ibrət götürməyə səslədilər.

Qeyd edək ki, bu aksiyanın keçirilməsindən qabaq AR-nın Təbrizdəki baş konsulu Əlizadə həzrət Ayətullah Müctəhid Şəbüstəri ilə görüşmüş və ondan aksiyanın keçirilməməsi xahişini etmişdi. Təbrizin imam cüməsi isə onun cavabında demişdi: “Əgər Azərbaycan Respublikası dövləti bu gün axşama qədər rəsmi bir bəyanatla gey-paradın keçirilməyəcəyini təsdiq edərsə, biz xalqdan istəyəcəyik ki, aksiya və piket keçirməsinlər”.

Amma yazıqlar olsun ki, sionistlərin təsiri altında olan Bakı dövləti belə bir bəyanat verə bilmədi.
Source : Arannews
Comment