0
Thursday 10 May 2012 - 23:02

Turkish Daily: Suriyadakı partlayışlarda CİA və Mossadın əli var

Story Code : 160719
Turkish Daily: Suriyadakı partlayışlarda CİA və Mossadın əli var
Turkish Daily: Suriyadakı partlayışlarda CİA və Mossadın əli var
Qəzet müxbiri deyib: “CİA və Mossad agentləri İraq, Pakistan və Liviya da daxil olmaqla bir çox ölkələrdə təxribat məqsədi ilə partlayışlar törətmiş və indi də törətməkdədir.”

Məlumatda bildirilir ki, agentlər İraq işğalı zaman sünni və şiələri bir-birinə vurmaq üçün məscidləri partladırdılar.

Qəzet bildirir ki, CİA və Mossad indi də həmin metodu Suriyada həyata keçirməkdədirlər.

Müxbir deyib: “Siyasi analitiklərin bildirdiyinə görə yaxın günlərdə Suriyada kamikadze hücumlarının sayı artacaq və bu hücumlara da Mossad və ABŞ kəşfiyyat idarəsi məsuliyyət daşıyacaq. Hər halda kamikadze hücumları Suriyada xaos və çaxnaşma yaratmaq üçün çox təhlükəli bir vasitədir.

Ancaq çox təəssüflər olsun ki, bu əməliyyatlar zamanı Türkiyə sərhədləri Mossad və CİA agentlərinin arxa cəbhəsi olacaq. Başqa sözlə, Türkiyə Prezident Bəşər Əsəd administratiyasına qarşı bu əməliyyatda müttəfiq rolunda çıxış edəcək. ”
Source : Islamtimes
Comment