0
Saturday 12 May 2012 - 19:29

Nəsrullah:Qərb Suriya hökumətini dağıtmaq istəyir

Story Code : 161236
Nəsrullah:Qərb Suriya hökumətini dağıtmaq istəyir
Nəsrullah:Qərb Suriya hökumətini dağıtmaq istəyir
Islam times.org/az/ - Hizbullah baş katibi Seyyid Həsən Nəsrullah Qərbi ittiham edərək deyib ki, Suriya müqavimət hərakatına dəstək verdiyi üçün onlar prezident Bəşər Əsəd hökumətini yıxmaq istəyirlər.

Cümə günü Nəsrullah televiziyada çıxışı zamanı deyib: “Amerika, Qərb, İsrail və bəzi region dövlətləri Suriyanı dağıtmaq istəyirlər, çünki Suriya Livan və Fələstində olan müqavimət hərakatına dəstək verir.”

O əlavə edib: “Onlar Suriya hökumətindən, xalqından, rəhbər və ordusundan Livan və Fələstindəki müqavimət hərakatını dəstəklədikləri üçün intiqam almaq istəyirlər.”

O sözünə davam edərək deyib ki, İraqdakı münaqişə və terror hücumlarının arxasında duran qüvvələr də həmçinin Suriyanı dağıtmaq istəyirlər.

Nəsrullah həmçinin müəyyən Ərəb dövlətlərini Suriyada bombalı terror hücumları həyata keçirmək üçün ora terroristlər göndərməklərini tənqid edib.

Cümə axşamı günü Dəməşq hərbi kəşfiyyat qərargahı qarşısında partladılan 2 bobma nəticəsində 55 nəfər həlak olmuş və 400-ə yaxın insan yaralanmışdır. Suriya rəsmiləri xaricdən dəstək alan terroristlərin həyata keçirdiyi bu hücumu 2011-ci il mart ayından başlayan münaqişə müddətində ən ölümcül hücum olduğunu bildiriblər.

Hizbullah baş katibi həmçinin beynəlxalq ictimaiyyəti İsrail həbsxanalarında olan Fələstinli məhbuslar haqda heç bir iş görməməkdə qınamış və Ərəb və Müsəlman təşkilatlarını aclıq aksiyası keçirən Fələstinli məhbuslara dəstək olaraq ciddi addımlar atmağa çağırmışdır.
Source : Islamtimes
Comment