0
Wednesday 16 May 2012 - 06:25

"Azərbaycanın bayrağını bu hala salmaq Azərbaycan xalqına və dövlətçiliyinə təhqirdir"

Story Code : 162357
Azerbaijan - Eurovision
Azerbaijan - Eurovision
Natiq Cəfərli: ""Eurovision" kimi çox bəsit, sıradan bir yarışmadan ötrü Azərbaycanın bayrağını bu hala salmaq Azərbaycan xalqına və dövlətçiliyinə təhqirdir"

Natiq Cəfərli "Deyerler"e açıqlamasında bayrağın bu vəziyyətə salınmasını dövlətimizə və xalqımıza qarşı təhqir olduğunu bildirib: "Birincisi, bu, birbaşa qanun pozuntusudur. Dövlət bayrağı, dövlət simvolları haqqında qanun var. O qanunun müvafiq bəndlərində Dövlət bayrağının qorunması, onun üzərində hər hansı dəyişikliklərin aparılması, hər hansı şəkildə formalarının rənglərinin, simvollarının dəyişdirilməsi qadağandır. Bunun üçün müəyyən cəzalar da nəzərdə tutulub.

Bunun qeyri-qanuni olması bir yana, bundan əlavə, bayraq dövlətin şərəfidir, simvoludur. O, "Eurovision" kimi çox bəsit, sıradan bir yarışmadan ötrü, hətta hansı yarışmanın olmasının fərqi yoxdur, amma "Eurovision" kimi bəsit yarışmadan ötrü Azərbaycanın simvolunu - bayrağını bu hala salmaq, "Eurovision"la əlaqələndirmək, üzərinə hansısa yazılar yazmaq, müəyyən şəkillər çəkmək həm Azərbaycanın dövlət simvoluna qarşı bir təhqirdir və həm də Azərbaycan xalqına, dövlətçiliyinə təhqirdir. Çünki hər bir dövlətin bayrağı onun şərəfidir. Bu şərəfi biz hamımız qorumalıyıq. Bu kimi işlərin dövlətin nəzarəti altında olması lazımdır. Dükanlarda, açıq satışda olan bu bayraqları dövlət yetkililəri də, sadə vətəndaşlar da görür. Həm vətəndaşlar buna təpgi göstərməlidirlər, həm də dövlət yetkililəri buna qarşı ciddi tədbirlər görməlidirlər. Bu bayrağın harada istehsal olunması üzə çıxmalıdır. Burda məsuliyyəti olan insanlar ciddi cəzalandırılmalıdır ki, gələcək üçün də müəyyən dərs olsun".
Related Stories
Comment