0
Friday 18 May 2012 - 07:50

Araşdırma, yoxsa qarışdırma?

Story Code : 162947
Araşdırma, yoxsa qarışdırma?
Araşdırma, yoxsa qarışdırma?
ANN.Az portalının redaktoru Zahir Əzəmət mövzu ilə bağlı qeyri-peşəkar bir açıqlama verib: “ANN.Az-ın apardığı araşdırma nəticəsində məlum oldu ki... haqqyolu.com adlı bir saytın linkləri tez-tez paylaşılır. Bu saytla tanış olduqda məlum oldu ki, sayt başdan-başa anti-Azərbaycan ruhludur. Saytın yuxarı hissəsində haker hücumuna məruz qalmış saytlarımızda yerləşdirilən mətnlərin eynən- amma bu dəfə məxsusi hazırlanmış baner şəklində yerləşdirilib. Saytda yazıldığına görə, Haqqyolu.com saytı İranın Qum şəhərində yaşayan azərbaycanlılar tərəfindən yaradılıb. Saytla ətraflı tanış olduqda əminliklə söyləmək olar ki, haker hücumunun və bu saytın arxasında duran qüvvə eynidir - İRAN!”
Nə deyəsən! Bakıda buna “malades”, iranda bərəkallah deyirlər! Zahir Əzəmət eynən MTN-nin əməliyyatçıları kimi işləyir. Yaxşı ki HaqqYolu-na əli çatmır. Yoxsa narkotikadan, silahdan-zaddan bir şey atardı zibilqabımıza.
HaqqYolu Azərbaycan Respublikasında dindarların şərlənərək həbsə alınmasından sonra dünyanın və Azərbaycanın nüfuzlu şəxslərinin Əliyev rejimi adlandırdığı qruplaşmaya qarşı prinsipial mövqe nümayiş etdirir. HaqqYolu dini, ictimai-siyasi saytdır. HaqqYolunun arxasında İran dayanıbsa, Zahir Əzəmətlərin başı üzərində Əliyev rejimi dayanıb. Ən əsası bu rejimin Azərbaycan dövlətçiliyinə, Azərbaycana, millətimizə heç bir dəxli yoxdur. Bu rejim Azərbaycan dövlətçiliyinin birinci düşmənidir. Vətəndaşının cibinə narkotika atan rejim haqqında başqa nə deyəsən!
O ki qaldı kiber-hücumlara, bunu öhdəsinə götürən olmasaydı HaqqYolu məmnunluqla bu zəhməti çəkərdi. Təəssüf ki, hərənin öz işi var və HaqqYolu-nun işi ictimai-siyasi səhnədə İslam dəyərlərini müdafiə etməkdir. Əlbəttə ki, Allah düşmənlərimizi zəif qərar verib, onların guruldamağı var: Zahir Əzəmət, Batin Rəzalət!
Comment