0
Monday 21 May 2012 - 06:29

“Müsavat”ın suyunu kəsdilər

Story Code : 163846
“Müsavat”ın suyunu kəsdilər
“Müsavat”ın suyunu kəsdilər
"Qafqazinfo"nun məlumatına görə, bu barədə musavat.com-a partiya aparatından məlumat verilib

İctimai Palata fəallarının Müsavat qərargahında keçirdikləri aclıq aksiyasında iştirak edən İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyndən aldığımız məlumata görə, qərargaha verilən suyun kəsilməsi aclıq aksiyasında iştirak edənlərə mənfi təsir göstərib. Onun fikrincə, bu, təsadüfi deyil, birmənalı olaraq aclıq aksiyasının pozulmasına yönəlib. Çünki isti hava şəraitinin hökm sürdüyü bu günlərdə aclıq aksiyası keçirənlərin susuz qalması dözülməzdir.

Qeyd edək ki, mayın 15-dən etibarən Müsavat qərargahında vicdan məhbuslarına azadlıq tələbi ilə aclıq aksiyası keçirilir və aksiya gündən-günə hm böyüyür, həm də əks-sədası daha uzaqlardan gəlir.
Comment