Pakistanın Kəraçi şəhərində nümayişçilərin öldürülməsi iğtişaşlarla nəticələnib
Story Code : 164506
Bu barədə APA EFE agentliyinə istinadən məlumat verir.
Etiraz aksiyasını «Avami Təhrik» partiyası təşkil edib. Aksiya zamanı atışma başlayıb və 9 nümayişçi qətlə yetirilib, 30 nəfər, o cümlədən polislər yaralanıblar.
Nümayişçilərin öldürülməsi iğtişaşlara səbəb olub. İğtişaşlar nəticəsində avtomobillər və dükanlar yandırılıb.
Hələlik kimin nümayişçilərə atəş açdığı məlum deyil. Rəsmilər şəhərdə əmin-amanlığı bərpa etməyə çalışırlar.