0
Thursday 24 May 2012 - 14:56

İsrail qorxur: Suriyanın kimyəvi silahları Hizbullahın əlinə keçə bilər

Story Code : 165076
İsrail qorxur: Suriyanın kimyəvi silahları Hizbullahın əlinə keçə bilər
İsrail qorxur: Suriyanın kimyəvi silahları Hizbullahın əlinə keçə bilər
Islam times.org/az/ - 2012-ci il İsrail Hava və Yer üstü qoşunlarının konfransında çıxış edən Naveh bildirib ki, raket və kimyəvi silah sursatlar hələ də indiki rejimin tabeçiliyindədir.

Sionistlərin yüksək rəsmisi iddia edərək bildirib ki, Suriya bir neçə il ərzində Rusiyanın inkişaf etmiş “yerdən göyə raket sistemi” olan SA-15, SA-17 və SA-22-yə 3 milyard dollardan çox pul xərcləyib.

Naveh xəbərdarlıq edərək deyib: “Bu silahlar bu yaxınlarda Suriyalılara ötürülüb və bir gün də Suriyadan Hizbullaha təvhil veriləcək. Bu sistemin mövcudluğu İsrail hava qüvvələri üçün böyük problemlər yaratmaq iqtidarındadır.”

O həmçinin iddia edərək deyib ki, bu sistemin mövcudluğu tək İsrail üçün deyil, bütün dünya üçün təhlükədir.

Naveh həmçinin deyib ki, Hizbullah üstün diapazona və yüksək dəqiqliyə malik olan bir neçə M600-də daxil olmaqla 60 min roket və roket sisteminə malikdir.

İsrail hərbi rəsmisi həmçinin xəbərdarlıq edərək bildirib ki, region boyu artan Sistem Səsboğucuların Yerləşdirilməsi gələcəkdə İsrail hərbisinə Livan, Qəzza və Suriyadakı hədəfləri vurmaqda böyük maneə olacaq.

Sonda o İsrailin Sistem Səsboğucularına üstün gəlmək üçün on minlərlə hərbi ləvazimat və təchizatlara sahib olmağın vacibliyini vurğulayıb.
Source : Islamtimes
Comment