0
Thursday 24 May 2012 - 16:46

Mişel Aoun: İsrailin Livana qarşı maraqları var, ancaq bəziləri bunu unudur

Story Code : 165125
Aoun: İsrailin Livana qarşı maraqları var, ancaq bəziləri bunu unudur
Aoun: İsrailin Livana qarşı maraqları var, ancaq bəziləri bunu unudur
Islam times.org/az/ - Çərşənbə günü Azad Vətənpərvərlər Hərakatının rəhbəri Aoun bildirib ki, bəzi Livanlılar İsrailin Livana qarşı olan hədələrini və ölkədə xaos yaratmaq üçün Suriya hadisələrini Livanla əlaqələndirmək cəhdlərini unudurlar.

2000-ci ildə Cənubi Livandan Sionist əsgərlərinin qovulmasının il dönüm mərasimində çıxış edən Aoun deyib: “Bugün bəzi qüvvələr çalışırlar ki, ölkəni parçalamaq və xaos yaratmaq üçün Suriya münaqişəsini Livanla əlaqələndirsinlər.”

O həmçinin deyib: “Heç şübhəsiz ki, İsrailin Suriya və Livana qarşı xüsusi maraqları var. Mübarizənin məğzi də məhz budur.”

2000-ci ildə İsraillilər Livanın cənubundan qovulmalarına baxmayaraq hələ də Livanda sabitliyi pozmaqda təkid edirlər.

O həmçinin xəbərdarlıq edərək deyib ki, bəzi qüvvələr müqvimət hərakatını daxili mübarizəyə çəkməyə çalışırlar.

Təəssüfləndirici hal budur ki, bir çox Livanlılar İsrail təhlükəsini unudaraq müqavimət hərakatından yayınıblar.

Aoun həmçinin çərşənbə axşamı günü Livan vətandaşlarının Suriyada oğurlanmasını terror aktı adlandırıb.

Aoun həmçinin şənbə günü Sünni ruhanisinin öldürülməsini sui qəsd adlandırmış və hadisənin araşdırılmasının tezliklə başa çatacağına ümid etdiyini deyib.

Hərbi qüvvələr şeyx Əhməd Əbdul Vahidi və cangüdənini hərbi yoxlanış ərazisində dayanmaqdan imtina etdikləri üçün güllələyərək öldürmüşdülər.
Source : Islamtimes
Comment