Kayseridə həyata keçirilən terror aktında 4 nəfər həlak olub
Story Code : 165537
Kayseridə həyata keçirilən terror aktında 4 nəfər həlak olub
Hadisə nəticəsində 1 polis, 3 terrorçu həlak olub, 16 nəfər isə yaralanıb. Türkiyə daxili işlər naziri İdris Naim Şahinin sözlərinə görə, öncə 2 polisin şəhid olduğu barədə məlumat alınsa da, həkimlərin səyləri ilə ağır yaralanmış polis nəfəri xilas edilib.
Yaralıların 7 nəfəri polis, 9-u mülki şəxsdir. Yaralanan dinc sakinlər arasında 3 uşaq da var.
Bu arada PKK-çıların hücumda istifadə etdikləri maşının sahibi aşkar edilərək saxlanılıb.
IslamTimes - Türkiyənin cənub-şərqində sentyabrın 2-də axşam PKK terrorçuları ilə baş verən silahlı toqquşmada ən azı 9 hərbçi və polis həlak olub, 8-dən çoxu isə yaralanıb.