0
Thursday 31 May 2012 - 22:07

Ərdoğan: İranın nüvə proqramı ilə bağlı ikili siyasət yürüdülür

Story Code : 167313
Ərdoğan: “İranın nüvə proqramı ilə bağlı ikili siyasət yürüdülür"
Ərdoğan: “İranın nüvə proqramı ilə bağlı ikili siyasət yürüdülür"
APA-nın Press TV-yə istinadən yaydığı xəbərə görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan açıqlama verib. O bildirib ki, bu məsələni Ankara da araşdıracaq: “İranın nüvə proqramına qarşı çıxanlar sanki İsrailin nüvə fəaliyyətini heç görmürlər. Bununla da Tehranın nüvə proqramına ədalətlə yanaşılmır və ikili siyasət yürüdülür”. R. T. Ərdoğan əlavə edib ki, nüvə enerjisindən sülh məqsədləri üçün istifadə etmək bütün ölkələrin təbii haqqıdır.
Comment