0
Friday 1 June 2012 - 09:30

Eurovisionu yola salan kimi…

Story Code : 167365
Azərbaycan - Eurovision - Kristal
Azərbaycan - Eurovision - Kristal
Bakı Dövlət Universitetinin yaxınlığında fəaliyyət göstərən ticarət və iaşə obyektlərini Bakı Şəhər İcra Hakimiyyəti sökməyə başladı. Söküntüyə Bəxtiyar Vahabzadə və Zahid Xəlilov küçələrinin kəsişməsindən start verildi. Yıxılan ilk ticarət obyekti “Qasid” Mətbuat Yayımı Firmasının köşkü idi. Daha sonra iki kafe və dönərxana söküldü. Söküləcək obyektlərin üzərinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) adından bildiriş yapışdırılıb. Xəbərdarlıq elanında sahibkarlara 1 gün vaxt verilib: “Dövlət proqramına uyğun olaraq “Elmlər Akademiyası” metrostansiyasının ikinci çıxışının və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının tikintisi ilə bağlı sökülməsi nəzərdə tutulan ticarət cərgəsində olan n obyektin 02.01.2012-ci il tarixinə qədər boşaldılması xahiş olunur. Əks təqdirdə dəymiş ziyan görə məsuliyyət öz üzərinizdə qalacaq”.
Bəxtiyar Vahbazadə küçəsi 9 ünvanında yerləşən 30 kavadratmetrlik obyektin sahibi Elmira Quliyeva söküntü ilə bağlı öncədən xəbardarlıq almadıqlarını bildirdi: “Bu gün (dünən) rəsmi olmayan, kompüterdə yığılmış vərəqdə “bildiriş”i obyektimə yağışdırıblar. Evdəydim, xəbər tutudum ki, iaşə obyektimi sökmək istəyirlər. Obyekti mən rəsmi müqavilə ilə icarəyə götürmüşəm. Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnistitutu ilə bağladığım müqavilə 2016-ci ildə başa çatır. Hər ay icarə haqqı olaraq 2500 manat ödəmişəm. Kompensasiya vermədən 30 kavadratmetr obyekti 1 gündə boşaltmağı tələb edirlər. Birincisi, mənə kompensasiya verilməldir, ikinci, bu müddətə obyekti boşaltmaq mümkün deyil”.
Sahibkar deyir ki, obyeki dövlət planına düşsə belə ona kompensaiysa verilməldir: “Bu ölkə qanunverciliyi ilə mənim vətəndaş və sahibkar olaraq haqqımdır. Obyektin təmirinə və avadanlıqlarına 75 min manat xərc çəkmişəm. Mənim pulumu qaytarsınlar. Vergini və komunal xidmətlərdən istifadəyə görə bütün ödənişləri etmişəm. Yeri gəlmişkən işıq, qaz, telefon xətləri mənim adımadır”.
Elmira Quliyevanın sözlərinə görə o, bu günlərdə BŞİH-in əməkdaşların 3 min manat rüşvət verib: “Dövlət proqramına uyğun olaraq obyektimi sökəcəkdilərsə, bu pulu məndən rüşvət olaraq niyə alırdılar? Mən həmin pulu da istəyirəm”.
Sahibkar deyir ki, o iki uşaq anasıdır: “Ərsiz qadındam, uşaqlarımı mən saxlayıram. Məndən başqa burada 15 nəfər işləyir. Hamının gündəlik çörəkpulusu buradan çıxır. Bilmirəm, işçilərimin pulunu verim, yoxsa özümü zərərdən çıxardım? Mən bundan sonra harada iş tapacam? 46 yaşım var, işəgötürənlər cavan axtarır. İcra hakimiyyəti «Eurovision»u gözləyirmiş. Mahnı müsabiqəsi bitən kimi işimizi əlimizdən alırlar. Yenidən mülkləri sökməyə başlayıblar. Şəhəri gözəlləşdirmək əsas deyil, əsas vətəndaşların ac olmamsıdır. Dərəbəylikdir? Xalqı ac qoymaq olmaz, aclıq güc gələndə insan insanlıqdan çıxır. Belə halda insan hər şey edə bilər. Mən icra hakimiyyətindən yalnız halallıq istəyirəm, yəni kompensasiyamı”.
Elmira Quliyevanın sözlərinə görə Kibernetika İnistitutu ötən il işıq xəttini kəsib: “Məcburiyyət qarşsında 10 min manat verib obyektimə işıq xəttə çəkdim. Ümumilikdə hesablasaq, mən obyektin istifadəsi üçün ən az 100 min manat xərc çəkmişəm. BŞİH-nin əməkdaşları deyir ki, guya söküntü ilə bağlı olaraq kompensasiya Kibernetika İnistitutuna ödəyəcək. Bəs mənim zərərimi kim ödəyəcək? Mən kompensasiyamı istəyirəm və bu məsələdə israrlıyam”.
Sahibkarın işçilərindən olan Sevinc Həmzəyeva ailəyə tək pul qazananın olduğunu deyir: “Peraşki satıram, gündəlik evimə 10 manat qazanıram. 2 qız övladımla kirayədə yaşayıram. Biz yaşamaq istəyirik, çörək pulumuzu əlimizdən almasınlar ki, çörək yeyə bilək”.
Obyekti sökülən digər sahibkarlarda kompensasiya verilmədiyini dedilər. Bakı Metropoliteni söküntünün Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə aparıldığını deyir: «Elmlər Akademiyası metrostansiyasının ikinci çıxışının tikintisi ilə bağlı 18 obyektin sökülməsinə qərar verilib».
/HaqqYolu/
Ramid İBRAHİMOV
Comment