0
Saturday 2 June 2012 - 09:27

YAP xalqın namusunu söydü!

Story Code : 167550
YAP - Azərbaycan
YAP - Azərbaycan
Bu gün o Azərbaycan Dövlətçiliyi tacını oğurlamış rejim tərəfindən hansı təhqirlərə məruz qalmadı! Xəyanətkar, satqın və rəzil... Bu az oldu. Azərbaycanı maviləşdirən YAP kişilərində bir zərrə qeyrət tapılmadı ki, heç olmaya qadınla nəzakətlə danışsınlar.
Hakimiyyətin SİA divar qəzetində (çılpaq fotolara yer varən sarı mətbuat orqanında) Leyla Yunusa qarşı ən çirkin sözlər işldildi. Çox istərdik ki, həmin sözləri təkrar səhifəyə çıxarmayaq. Amma bu rejimi tanımaq üçün başqa yol yoxdur. Cəmi bir abzas:
“Bir çox mənbələr L.Yunusovanı erməni xüsusi kəşfiyyat orqanlarının ştatdankənar işçisi olduğunu bildirir. Hətta aylıq vəzifə maaşı da aldığı bildirilir. Onun 1994-1995-ci illərdə Ermənistanın Milli Təhlükəsizlik naziri ilə sıcaq münasibətləri olduğu, onlar arasında xüsusi münasibətlərin qurulduğu deyilir. Onun digər erməni dostu Yunus David olduğu söylənilir. Bu, o Daviddir ki, L.Yunusova məhz onun köməkliyi ilə 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant almışdır. O, həm də L.Yunusun növbədənkənar "əridir".
L.Yunusova sıx ünsiyyətdə olduğu erməni "ərlərindən" biri də Nikolas Danilasyandır. Nikolas - erməni cəsusudur. O, ölkə ərazisində ABŞ-ın xüsusi kəşfiyyat orqanına işləyən və ölkə ərazisindən qovulan xaindir. O, L.Yunusuovanı təlimatlandırmışdı ki, Azərbaycanda yaşayan azsaylı milli azlıqlarla bağlı nifaq salsın, etnik qarşıdurmalar yaratsın...”
Müəllif R.Hüseynova göstərilir. Əgər bu xanımdırsa “bütün YAP-ın arvadı” cavabına hazır olmalıdır. Ümumiyyətlə bu yazıdan sonra hakimiyyətdə təmsil olunan, hakimiyyəti müdafiə edən istənilən bir şəxs Leyla Yunusa qarşı işlədilmiş sözlər qapısını döyəndə təəccüblənməməlidir – rejim xalqın namusunu söydü!
Hər halda övladlarını dəyərləndirmək Azərbaycan xalqının işidir. Xalq isə onun sözünü deyən Leyla xanıma, haqq söz uğrunda həbsdə yatan balalarına minnətdardır və YAP-çıların şərəfsiz ittihamlarına görə üzr diləyir.
/HaqqYolu/
İlham Həsənov
Comment